Mirmehdi Ağaoğlu

Hakkımda

DOĞRU BİLDİYİNİ ET VE KİMSEDEN ÇEKİNME!


Bağlantılarım

* Ana Sayfa
* Profilim
* Arşiv
* Kafka dünyası
* Makondo
* Mavi gözlü dev
* Yoknapatawpha
* search- google
* Viktior Pelevin
* Elmin Hesenli
* Proloq qezeti
* Türkce arama
* Salinger Jerom
* Küçük İskender

Kategoriler


Arkadaşlarım


Bakteriyalar, fırçalar və reklamlar

 

Bakteriyalar, fırçalar və reklamlar

 

qabaqlar bakteriyalar

yalnız

dişlərdə olar

biz istehsalçılar

da

diş fırçaları

kullanardıq

yalnızca.

sonra

damaqda

daha sonra

dildə

peyda olmağa başladı

bakteriyalar

və bizə

damaq,

diş

fırçaları

tövsiyə eləməyə başladılar

reklamlarda

bəyaz dişli gözəlçələr.

belə getsə

bakteriyalar

boğazımıza

mədəmizə

göt dəliyimizə

dək

irəliləyəcək deyəsən

reklamlarda

nə formalı

fırçalar

tövsiyə edəcəklərini

qana bilmirəm

heç cürə

nə qədər düşünsəm də

indidən.

 

 


Tarih: 21:33, 6/2/2009 Kategori: SER
Yorum (yok) | Yorum yaz | Bağlantı

Toysuz olmaz?!

 

toysuz olmaz!

ay xanım xanım xanım

sən mənim canım

ol mənim yarım

gəl səni almayım?

Axı nə görmüsən bu elçidə

Qoca qarıların boğazdan yuxarı söhbətlərində

Nişanda

Ata xeyir-duasında

Ana göz yaşında

toyda

vağzalının 

vağzal bomjları

tək qoxan sədalarında

hamısı boş şeydir

əsas sevgidir

ay xanım xanım

sən mənim canım

ol mənim yarım

gəl səni almayım?

Heç sən də mənə gəlmə

Elə beləcə

Sevişək

Dürtüşək

Ay xanım

Daha başqa şey yazmıram

Ayıbdı

Vallah ayıb!

 


Tarih: 15:50, 6/5/2008 Kategori: SER
Yorum (yok) | Yorum yaz | Bağlantı

Molotov kokteyli

 

Molotov kokteyli hazırlayacaq

barmenə bəzi tövsiyələr

barmen

mənə bir badə

molotov kokteyli hazırla

rica edirəm

əl altında etil spirti yoxundursa belə təlaş etmə

mən deyingən

hər şeyin 100/100 olmasını tələb edən müştərilərdən deyiləm

benzin işə yarar

amma bir azcıq da motor yağı əlavə et o zaman

həm yanmaya kömək edir həm də qara tüstüdə görünməz edir

motor yağı yoxundursa fosfor da əlavə edə bilərsən

və ya 

qudron

və ya

maye sabun

və ya

şəkər

və ya daha nə bilim nə poxlar

təki düşmənin görmə qabiliyyətini pisləşdirsin

və hədəfə yapışaraq uzun müddət yansın

inqilab aşbazlarının kitablarında yazıldığına görə

qarışığa

turşu

maqnezium

şlak

əlavə etdikdə

1600 °C-yədək istilik yaranırmış

yəni “T-90” dan

fransızların Sartdan daha çox öyündükləri

“Leclerc”dən bir ovuc kül qalırmış

vəssalam

bir də kokteylə bir miqdar qələvi əlavə etmək məsləhətdir

yağışlı və qarlı havalar üçün

ondan mükəmməl vasitə

hələ kəşf olunmayıb

sifarişimiz hazırdırmı barmen?

alışdır o zaman fitili

içək bu badəni də

La İquerada şəhid düşmüş

qardaşımızın şərəfinə

 

 

 

vəsiyyət

sevgili qadınım

məni həbsxanadan

mariya kaqol kimi əlində

“skorpio-61”

qaçırmayacağını bilirəm

amma

əlini qolunu sallayıb 

ağlamağını da istəmirəm

istəmirəm

istəmirəm.


Tarih: 12:52, 6/5/2008 Kategori: SER
Yorum (yok) | Yorum yaz | Bağlantı

bu da sene

 

romantik gecənin sonu

bu gecə hədsiz romantik keçəcək

əminəm

zorro misalı əynimə

qara parçadan bir şeylər geyib

sizin binanın çardağına çıxaraq

quş poxu ilə örtülü döşəmənin üzərinə

bir mahnıda deyildiyi kimi

“bir bedon benzin”

töküb

kibriti çəkməzdən əvvəl

başımı qaldırıb ulduzlu səmanı seyr edəcəm

ayın yumru səthində 

göy gözlərinə bənzətmə axtara-axtara

barmaqlarımda oynatdığım

kibrit çöpünü çəkib damağımda

sallanan siqareti alışdırdıqdan sonra 

yanar çöpü

benzin tökülmüş döşəməyə tullayacam

-heyf  pulum çatmadı zippo” alışqanına

həm zorro sözüylə həmqafiyə olar

gecənin romantikasını artırardı

daha çox bənzəyərdi hollywood filmlərinə-

çardaqda işimi tamamladıqdan sonra

aşağı enib bir az kənardan yanğını seyr edəcəm

alov dilimləri ucaldıqca ərşə

könül xoşluğu ilə dinləyəcəm

yanğınsöndürən maşınların ah-nalələrini

və bu dəm  boz dumanın arasında görünəcəksən

qırmızı gecə paltarında bağıraraq

mənsə ayaqqabımın ucuyla

yerə atdığım siqareti tapdalayaraq

ildırım sürətilə yüyürəcəm mərtəbələri anında dırmaşıb

alovun qırmızı dilimlərini yararaq

eyvana atılıb səni ağuşuma alacam!

və qolların boynumda çarpaz birgə tullanacayıq

 8-ci mərtəbədən xilasetmə yastığının üzərinə

yastıqdan düşər-düşməz

düz əməlli sarılmağa belə imkan verməyib

alacaqlar valideynlərin

əlimdən izləyicilərin alqış sədaları altında səni

hər şey planlaşdırdığım kimi

getdiyi vaxt

qardaşın peyda olacaq qarşımda

və bir yumruq ilişdirəcək çənəmə...

eyvanda sarılırkən bir-birimizə

dodaq-dodağa opüşübmüşük.

 

yataqda “gecən xeyirə” smsi

yatmaq istəyirdim

qəfildən yadıma duşdü

əmrin var: hər gecə yatmamışdan

qabaq sənə nəsə yazmaq

“şirin yuxular balam” 

kimi bir şeylər

yamanca acmışam

yataqdan qalxıb

soyuducunu acmaq

qaranlıq mətbəxdə mistik duruşlu

“Səma darvazası”na bənzəyən soyuducunun 

soyuq işığında gözümə sataşan ilk yeməlini

gəmirmək istəyirəm

amma...

səni hər şeydən çox istəyirəm

tualetə də getmək istəyirəm

amma


Tarih: 12:46, 6/5/2008 Kategori: SER
Yorum (yok) | Yorum yaz | Bağlantı

şiirler senin için

Səni xatırladan şer

indən belə hər şey mənə səni xatırladacaq

dönər dükanları cəzbedici görünməyəcək

dilənçilər bu qədər rəzil

daha dilənçiləri qovmayacağam

paramın hamısını sənin üçün qənaət etdiklərimi

də onlara verəcəm

ən qəmli mahnıları dinləyib saatlarca qadın kimi

ağlayacam

qızaracam

bozaracam

saralacam

gündüzləri dalğın gəzib

gecələri soyuq yatağımda

sənin yerini ismarlayacam

indən belə mənə hər şey səni xatırladacaq

bəlkə sən də məni xatırlayasan?

 

 

 

yayda içkiyə qadağa

yay fəsli sevənlər üçündü

qardaş

bizə boranlı qış lazımdı

qış

soyuqdan donan çirkli barmaqlarımızla

çappa stəkanları bərk bərk sıxıb

əlimiz əsə əsə dodaqlarımıza yaxınlaşdıraq

canimiz qızdıraq

heç olmasa bomjların xətrinə

araq şüşələrinin sayını artıraq 

yay fəsli sevənlər üçündü

içmək  olmur istidə

bizə yay fəsli düşmür qardaş

 

kino... kimi

yenə keçirək saqqızı

öpüşərkən

ağızdan-ağıza

tenis topu kimi

arazın o tayından bu tayına addadılan

narkotik kimi

yenə sırğanın bir tayını itirək

quşbaşı qar yağsın

skamyada sarılaraq büzüşək

yenə birbirimizlə mazaqlaşaq

sən yolçulardan utanasan

mən balaca ayaqlarına alay edim

əllərini isidim

yenə “Araz” kinoteatrının

həmişə borş qoxuyan qoca kassiri

ilə bileti dəyərindən

baha qiymətə satdığı üçün

 savaşaq

deyinə-deyinə qaranlıq salona keçərək

 ehtiyatla axtaraq piləkənləri

dodaqlarımızsa qaranlıqdan heç qorxmasınlar

qayıt bəbəyim

yenə ağrıyır böyrəklərim

sən öncə

yenə kişi tualeti qapalıysa əgər

qadın tualetinə bir göz at

kimsə yoxsa

dalınca

mən girim

 

 

Intihar

Akvariumda qayğısızca üzən

balaca balığı tutmaq kimi asan gəlir mənə

qolumu çırmalayıb

əlimi salaram

çalxalayaram

çalxalayaram

o balaca balığı tutaram

(köynəyin qolun islatsam da olar)

bütün bunları edərəm

əvət

sonra ölmüş balığı ovuclarıma alaram

gözlərim yaşla dolar

ağlaram

ağlaram

ağlaram

 

 

 

 

bənzətmə

Düüüüüd

                   Düüüüüd

Düüüüüd

Bu nədi belə

   Telefon söhbətləri bitdi

       Ya ürək döyüntülərimdi sona yetdi?


Tarih: 12:39, 6/5/2008 Kategori: SER
Yorum (yok) | Yorum yaz | Bağlantı

<- | Sonraki Sayfa ->