Mirmehdi Ağaoğlu

Hakkımda

DOĞRU BİLDİYİNİ ET VE KİMSEDEN ÇEKİNME!


Bağlantılarım

* Ana Sayfa
* Profilim
* Arşiv
* Kafka dünyası
* Makondo
* Mavi gözlü dev
* Yoknapatawpha
* search- google
* Viktior Pelevin
* Elmin Hesenli
* Proloq qezeti
* Türkce arama
* Salinger Jerom
* Küçük İskender

Kategoriler


Arkadaşlarım


Ziqmund Kafede

Bu bütlərin hamar daş üzləri arxasında
çox vaxt yarıq və boşluqlardan
ibarət labirintlər olur ki,
oraya müxtəlif növ quşlar sığınırlar.

Jozef Levender, “Pasxa adası”

Nə vaxtsa Venada qışın bu qədər  soyuq keçdiyini xatırlaya bilmirdi. Hər dəfə qapı açıldıqda və içəri soyuq hava buludu daxil olduqda yüngülcə tükləri ürpəşirdi. Uzun müddət müştərilər gözə dəymirdi və Ziqmund bu arada qocasayağı mürgüləməyə vaxt tapmışdı, bax qapı yenə də çırpıldı və o başını qaldırdı.
Kafeyə iki yeni müştəri daxil oldu – bakenbardlı bəy və uzun şinyonlu xanım. Xanım əlində uzun sivriuclu çətir tutmuşdu. Bəy parlaq xəzlə haşiyəli, ərimiş qar dənəciklərindən azca nəmlənmiş xudmani qadın çantası daşıyırdı.    Onlar asılqanın yanında dayandılar və  soyunmağa başladılar – kişi şlyapanı çıxardı, qarmaqcıqdan asdı, sonra şlyapanı asılqanın yuxarısında divardan çıxmış uzun taxta qozalardan birinə keçirmək istədi, amma əyri atdığından şlyapa əlindən çıxaraq döşəməyə düşdü. Kişi nəsə mırıldandı, şlyapanı götürdü, axır ki, qozadan asa bildi, xanıma kürkü çıxartmağa kömək edərək  arxasında vurnuxmağa başladı. Kürkdən yaxasını qurtaran xanım iltifatla gülümsədi, ondan çantanı aldı və qəfildən üz-gözünü turşutdu - çantanın ağzı açıq qaldığından içinə qar dolmuşdu. Xanım kürkü çıxararaq çantanı çiyninə keçirdi, nədənsə çətiri, dəstəyini aşağı çevirərək küncə dayadı, kavalerinin qoluna girərək onunla zala daxil oldu.
- Aha,- Ziqmund astadan dedi və başını buladı.
Divar ilə barın piştaxtası arasında, bakenbardlı bəylə yoldaşının yanaşdıqları masanın yaxınlığında kafe sahibəsinin uşaqlarının qurdalandıqları- səkkiz yaşlarında oğlanə üzərində qara rombları olan enli bəyaz sviter, ondan bir azcıq kiçik qız isə  tünd paltar və zolaqlı yun reytuz geyinmişdi- balaca boş yataq var idi. Onların yaxınlığında yerdə kubcuqlar və yarıboş rezin top vardı.
Uşaqlar özlərini çox sakit aparırdılar. Oğlan yanları əlvan şəkilli bir təpə böyük kubcuqlarla qurdalanırdı – o bunlardan ön divarı bacalı, olduqca  qəribə formalı ev qururdu- baca çox geniş çıxdığı və yuxarı kubcuq böyürdəkilərin çatlağına düşdüyü üçün qurğu elə hey uçulurdu. Hər dəfə kubcuqlar dağıldıqda, oğlan bir müddət dərdli-dərdli çirkli barmağıyla burnunu eşələyir, sonra inşaata yenidən başlayırdı. Qız qarşıda, eləcənə döşəmədə əyləşib xüsusi maraq göstərmədən qardaşını seyr edə-edə  bir yığın xırda pulla qurdalanırdı, o gah onları döşəməyə düzür, gah da bir yerə qalaqlayır və altına dürtüşdürürdü. Tezliklə bu uğraş onu darıxdırdı,  o dəmir pulları bir tərəfə buraxıb yana əyildi, yaxınlıqdakı stulun ayaqlarından tutub özünə tərəf çəkdi və stulun ayaqlarıyla yüngülcə topu itələşdirərək döşəmə boyu hərəkət etməyə başladı. Bir dəfə təkan hədsiz möhkəm çıxdı, oğlan üzərində portağallı budaq və yanğın qülləsi təsviri olan sonuncu kubcuğu qurğunun kəlləsinə qoyurdu ki, top onun səmtinə diyirləndi və amana məəttəl qurğu döşəməyə dağıldı. Oğlan başını qaldırdı və bacısını yumruğuyla hədələdi, qız da cavabında  ağzını açıb ona dil çıxartdı – qız dilini çıxarılmış vəziyyətdə o qədər saxladı ki, yəqin bu müddətə dilini ətraflı şəkildə gözdən keçirtmək olardı.
- Aha, - Ziqmund dedi və nəzərlərini bakenbardlı kişinin və xanımının üzərinə gətirdi.
Onların məzələri artıq verilmişdi. Bəy balaca gümüş bıçaqla əminliklə istridyələrin çanaqlarını aralayaraq, onları udur və gülümsəyib  başıyla razılıq bildirərək şampinyonları ağzına aparan  yoldaşına- o iki tirəli çəngəllə boşqabdakı şampinyonlardan bir-bir götürüb  qatı, sarı sousa batırmamışdan öncə diqqətlə gözdən keçirirdi - nəsə  deyirdi. Sonra bəy butulkanın boğazıyla stəkanın qırağını cingildədə-cingildədə özünə bəyaz şərab süzdü, içdi və şorba olan nimçəni özünə sarı çəkdi.
Ofisiant yaxınlaşıb içində uzun, qızardılmış balıq olan boşqabı stolun üstünə qoydu. Xanım balığa baxıb qəfildən ovucunu alnına çırpdı və kavalerinə nəsə deməyə başladı. O da gözlərini qaldırıb bir müddət xanıma qulaq asdı və etimadsızlıqla əzilib büzüldü, sonra  bir stəkan da şərab içdi və  çeçələ barmağıyla adsız barmağı arasında tutduğu konus şəkilli müştüyə səliqə ilə siqaret taxmağa başladı.
- Aha!- Ziqmund dedi və sahibəylə qüvvətli ofisiantın durduqları zalın uzaq küncünə zilləndi.
Ora qaranlıq idi, daha doğrusu, qalan künclərdən azca qaranlıq idi - tavandan asılmış kiçik lampa yanmışdı. Sahibə koppuş əllərini böyrünə dayayıb yuxarıya baxırdı – bu sayaq duruşundan və rəngbərəng ziqzaqlı döşlüyündən antik amforaya oxşayırdı. Ofisiant hazırda boş masanın yanında dayanan  uzun asma nərdivanı artıq gətirmişdi. Sahibə nərdivanın möhkəmliyini yoxlayaraq fikirli halda başını qaşıdı və ofisianta nəsə dedi. O da çöndü və barın piştaxtasına sarı getdi, arxasına burulub əyildi və bir müddət tamamilə görünməz oldu. Bir dəqiqə sonra o dikəldi və sahibəyə nəsə uzanmış işıldayan bir şey göstərdi. Sahibə qətiyyətlə  başını əydi və ofisiant onun yanına qayıtdı, tapılmış fənərciyi yuxarı qaldırdığı əlində tutaraq sahibəyə uzatdı, lakin o  narazı şəkildə başını bulayıb barmağıyla döşəməni göstərdi.
Döşəmədə boş masanın yanında böyük kvadrat kəpəng var idi.  O demək olar ki, görünməz idi, qapağı da bütün döşəmə kimi parket romblarla döşənmişdi və onun varlığını ancaq çəlpəşik parket naxışlarını kəsib keçən nazik misdən olan ikiqat köbədən  və ağacın içinə salınmış mis həlqədən  bilmək olardı.
Səliqə ilə şalvarını dizlərinə qatlayaraq ofisiant  çömbəldi, halqadan yapışaraq güclü bir hərəkətlə kəpəngi açdı.   Sahibə azca üz-gözünü büzüşdürdü və üst-üstə aşırdığı ayaqlarının yerini dəyişdi. Ofisiant sualedici nəzərlərlə ona baxdı, sahibə  yenə qətiyyətlə başını yellədi və  o aşağı endi. Görünür döşəmənin altında gödək pilləkən vardı, çünki o qara kvadratın dərinliklərinə hər biri görünməz pillələrə uyğun gələn xırda sıçrayışlarla dalırdı. Əvvəlcə o özü qapağı tutmuşdu, lakin kifayət qədər dərinə düşdükdə sahibə yardıma gəldi – qabağa əyilərək o iki əliylə qapağın burnundan tutdu və gərgin şəkildə  həmkarının itdiyi qara dəliyə marıtlandı.
Bir müddət sonra ofisiantın əməllicə toza və hörümçək toruna bulaşmış gödəkcəsi döşəmənin səthində göründü. Bayıra çıxaraq o qətiyyətlə kəpəngi bağlayıb nərdivana doğru addımlasa da, sahibə jestlə onu durduraraq çevrilməyini istədi. Sahibə ciddi-cəhdlə gödəkcəni çırpıb ondan lampanı aldı, şüşə koletin üstünə ho eləyib, sonra ovcunu bir neçə dəfə ehmalca üstündə gəzdirdi. Nərdivana sarı gedərək ayağını lap aşağı pilləyə qoyub gözlədi ki, ofisiant nərdivanın böyründən tutsun və  yuxarı dırmaşdı.
Yanmış lampa uzun naqildən sallanan  ensiz şüşə abajurun içində yerləşirdi deyə çox da hündürə dırmaşmaq lazım gəlmədi. Beş, ya da altı pillə qalxdıqdan sonra sahibə əlini abajurun içinə salıb lampanı buraraq çıxartmağa çalışdı, amma lampa çox  bərk  bağlandığı üçün abajur da naqillə birlikdə burulmağa başladı. Onda o da dodaqlarıyla ehtiyatla yeni lampanın sokolundan sıxaraq ağzında saxladı və ikinci əlini qaldırıb abajurun kənarından yapışdı; bundan sonra iş tez getdi. Yanmış lampanı açaraq döşlüyünün cibinə soxdu və yenisini bağlamağa başladı. Qüvvətli əlləriylə nərdivanı sıxmış ofisiant heyranlıqla sahibənin koppuş ovuclarının hərəkətlərini izləyərək, hərdənbir  dilinin ucunu qurumuş dodaqlarında gəzdirirdi. Birdən tutqun abajurun altından işıq közərdi, ofisiant diksinərək gözlərini qıydı və bir anlıq qolları boşaldı. Nərdivanın layları ayrılmağa başladı; sahibə əllərini yellətdi və az qaldı ki, yerə uçsun lap axırıncı anda ofisiant nərdivanı saxlamağı başardı; sahibə inanılmaz cəldliklə üç, ya dörd pillə ötürüb qorxudan rəngi qaçmış halda parketə tullandı və həmkarının sakitləşdirici ağuşunda taqətsiz  donub qaldı.
- Aha! Aha! – Ziqmund bərkdən dedi və masa arxasındakı cütlüyə sarı boylandı.
Şinyonlu xanım çərəzə keçməyi bacarmışdı –əlində enli tərəfindən xırda-xırda dişlədiyi  uzunsov kremli çubuq var idi. Ziqmund ona baxan vaxt  xanım da elə bir az böyük porsiya dişləməyə hazırlaşırdı - çubuğu ağzına salıb dişləriylə sıxdı və qatı bəyaz krem qızılı rəngli qutucuğu yarıb pirojnanın arxa hissəsindən bayıra fışqırdı. Bakenbardlı bəy bir göz qırpımında reaksiya verdi və pirojnadan çıxmış krem protuberansı süfrəyə tökülmək əvəzinə qayıqcıq elədiyi ovcuna düşdü. Xanım qaqqanaq vurdu.  Bəy kremli ovcunu ağzına sarı apardı və bir neçə dəfə yaladı, bununla yoldaşını növbəti dəfə güldürdü - o hətta pirojnanı axıra çatdırmadan içində balıq sümüyü olan nimçəyə tulladı. Bəy kremi yaladıqdan sonra xanımın masanın üzərindəki əlini tutdu və məhəbbətlə öpdü, o isə qarşısındakı qədəhi qaldırıb qızılı şərabdan bir neçə qurtum vurdu. Bundan sonra bəy yeni siqaret çəkdi - onu qırmızı konus şəkilli müştüyə taxaraq bir neçə balaca  qullablar vurdu, sonra da  həlqələr buraxmağa başladı.
Şübhəsiz o bu çətin sənətin mahir ustası idi. Əvvəlcə o kənarları dalğavari bir dənə böyük göyümtül həlqə buraxdı, sonra birincisinin içindən keçərək qətiyyən ona toxunmayan bir az balacasını. Havada əlini qabağında yellədərək tüstü konstruksiyasının hamısını dağıtdı və bu dəfə bir-birinin üstündə asılaraq əsl səkkiz əmələ gətirmiş  eyni ölçüdə iki yeni həlqə buraxdı. Onun yoldaşı qeyri-iradi nazik taxta sancağı nimçədəki balığın başına batıra-batıra maraqla olanları seyr edirdi.
Bir dənə də dərin yüngül tüstü alıb bəy iki nazik uzun burum buraxdı- biri yuxarıdakının, digəri aşağıdakının içindən keçərək bir-biri ilə toqquşub tünd göyümtül buruma qarışdılar. Xanım əl çaldı.
- Aha! – Ziqmund ucadan dedi və bəy çevrilərək maraqlı nəzərlərlə onu süzdü.
Ziqmund yenə də uşaqlara baxmağa başladı. Görünür onlardan hansısa      macal tapıb yeni oyuncaqlar gətirmişdi. İndi ətraflarında kubcuqlardan və topdan başqa dağılmış kuklalar və  biçimsiz rəngli plastilin  dilimləri də düşüb qalmışdı. Oğlan bayaqkı kimi kubcuqlarla qurdalanırdı, ancaq daha onlardan ev deyil, üstündə bərabər aralıqlarda qalaydan qayrılmış qırmızı plümajlı əsgərlər dayanmış uzun alçaq divar tikirdi. Divarda hər birinə biri bayırdan, qalan ikisi içəridən olmaqla üç əsgərin keşik  çəkdiyi bir neçə keçid qoyulmuşdu. Divar yarımdairə şəklində idi və əhatə elədiyi məkanın mərkəzində səliqə ilə dörd ədəd kubcuqdan qurulmuş altlığın üzərində top yerləşirdi – o döşəməyə toxunmadan yalnız kubcuqların üstündə dayanmışdı. Qız arxası qardaşına əyləşmişdi və arabir dalğın-dalğın balaca sarıbülbül  müqəvvasının quyruğunu dişləyirdi.
- Aha! – Ziqmund narahatlıqla bağırdı. – Aha! Aha!
Bu dəfə təkcə bakenbardlı bəy deyil (o və onun yoldaşı artıq asılqanın yanında dayanmış və geyinirdilər), uzun ağacla pəncərə pərdələrini düzəldən sahibə də əyri-əyri  baxdı. Ziqmund baxışlarını sahibəyə, sahibədən də bir neçə rəsm əsəri  -  ay və mayak təsviri olan bayağı bir marina və bura haradan düşdüyü müəmmalı olan avanqard tablo – üstdən görünüşlü iki açıq royal, içlərində isə ikisi də qəribə uzun qulaqlarla verilmiş  ölü Bunyuel və Salvador Dali- asılmış divara çevirdi.
- Aha! – Ziqmund var qüvvəsi ilə çığırdı. – Aha! Aha! Aha!!!
İndi ona hər tərəfdən baxırdılar və təkcə baxmırdılar. Bir tərəfdən sahibə əlində uzun ağacla, o biri tərəfdənsə əlində şlyapa tutmuş bakenbardlı bəy ona yaxınlaşırdılar. Sahibənin sifəti  həmişəki kimi qaraqabaq idi, bəyin sifəti isə əksinə, canlı maraq və riqqət ifadə edirdi. Sifətlər yaxınlaşırdılar və tezliklə  Ziqmundun gözünün qabağını bütünlükdə kəsdilər, belə ki, Ziqmund özünü bir az pis hiss elədi və hər ehtimala qarşı yumaq kimi yumuldu.
- Sizin necə də qəşəng tutuquşunuz var, - bakenbardlı bəy sahibəyə dedi. – Bəs daha hansı sözləri bilir?
- Çox şey bilir, - sahibə cavab verdi. – Hə, Ziqmund, bizə yenə nəsə de.
O əlini qaldırdı və yoğun barmağının ucunu çubuqların  arasına soxdu.
- Ziqmund, afərin, - Ziqmund işvəkarcasına dedi və hər ehtimala qarşı şüvüllə qəfəsin uzaq küncünə çəkildi, - Ziqmund ağıllıdır.
- Ağıllı olmağına ağıllısan, - sahibə dedi,- ancaq bütün qəfəsini  batırmısan. Təmiz yer yoxdur.
- Yazıq heyvana qarşı bu qədər sərt olmayın. Bu ki, onun qəfəsidir, sizin deyil, - bakenbardlı bəy saçlarını tumarlayaraq dedi. –  Özü də bilər.
O anda da ehtimal ki, hansısa vulqar barmen xanımla olan söhbətindən  sıxıldı. Bəy şlyapasını geyərək ciddi görkəm aldı və dönərək qapıya sarı getdi.


Tarih: 19:33, 10/6/2008 Kategori: TERCUME
Yorum (yok) | Yorum yaz | Bağlantı

kifir bir kadın haqqında tezadlı düşünceler

Qariel Qarsia Markes

 

KİFİR BİR QADIN HAQQINDA

 TƏZADLI DÜŞÜNCƏLƏR

O dondurma kafesinin ilk sıralarındakı  stollarından birinin arxasında  əyləşmişdi. Və mən əmin idim ki, bu ömrüm boyu rastladığım kifir qadınların ən kifiridir. Şlyapasız idi – ilk anda onun bu cür qəribə, xariqüladə kifirliyi məni  necə sarsıtdı, karıxdırdısa, hətta mənə elə gəldi ki, çətin ki, şlyapa nəyisə dəyişə bilərdi – uzun, iri yaşıl güllü meydan oxurcasına sadə biçimli libasda o həqiqətən də kifir görünürdü. O qədər kifir ki, hətta tanışım həkim Armando Solano belə onu aşkar maraqla gözdən keçirməkdən çəkinməzdi, bəlkə  lap stolunun kimsə tərəf                                  indən tutulmadığını düşünərək onunla əyləşərdi də.   

Amma onun kifirliyi nifrət dolu nəzərlərlə seyr etməyə hazır olduğumuz  qadınları belə ötüb keçmişdi, adət etdiyimiz həddi aşmışdı,. Görünür, kifirliyin bütün düşünülən sərhədləri pozulduqda o heç gözlənilmədiyimiz anda  məlahətli, cəzb edici olur .O küçədə görüb üz-gözümüzü turşudaraq “Ay Allah, necə də eybəcərdir!” dediyimiz qadınlara heç cürə bənzəmirdi. Burada vəziyyət tamamilə başqa cürdür. Təsəvvür edin ki, təkrarsız gözəlliyə malik bir dilbəri görəndə olduğu kimi bu cür qadını görərkən də nitq tutula bilər, yerində donub qalmaq olar. Məhz elə buna görə də dünən kafedə əyləşmiş qadın heç belə bir  iddiada bulunmadan özünün bütün fövqəladə kifirliyi ilə məndə təbiətin comərdcəsinə gözəllik bəxş etdiyi xanımların oyada  biləcəyi bir   təəssürat oyatdı. Hətta ürək edib deyə bilərəm ki, o ən füsunkar, canalıcı afətin oyada biləcəyi hissləri oyadırdı.  Kimyəvi maddələrlə doldurulmuş ingilis isimli çox  sərsəm bir  dondurma sifariş verdi, elə iyrənc bir şey idi ki, sadəcə  ispanca bilənlər bunun nə mənə şey olduğunu bilə  bilərlər. Müasir kulinariyanın nailiyyətləri  meyvə ağacları ilə dolu bağ kimi stolun üzərinə düzülür. Və budur, ofisiant rəngbərəng dondurmalarla meyvə formasında  ifrat bəzədilmiş ləbələb boşqabı naməlum qadının qarşısına qoyduqda, onun bütün kifirliyi   “assorti”nin təmtaraqlı bədiiliyi ilə ziddiyyət təşkil etdi.     Əslində mən hələ də anlaya bilmirdim, məni ən çox təəccübləndirən nə idi: bu qədər eybəcərliyi ilə məni özünə rəfedilməz dərəcədə  cəzb etmiş    həddən artıq kifir qadınmı, yoxsa kulinariya sənətinin ikrah oyadacaq dərəcədə  bəzədilmiş bu təmtəraqlı təamımı. Mübhəm  tarazlıq bəlkə də ziddiyyət yaranırdı. Kifir qadınla – o acgözlüklə dondurmanı utduqca daha da kifirləşdi -  və hər dəfə qadın qaşığı boşqaba batırdıqca daha da iyrəncləşən bu ifrat  bəzədilmiş boşqab arasındakı qəribə və qaçılmaz ziddiyyət.

Nəhayət təam əridi, rənglər xaotik şəkildə bir-birinə qarışdı və qadın daha yemədi. Yeməkdəki ifratçılığından utandığı üçün deyil, kiminsə onu gizlicə seyr etdiyini hiss etdiyi üçün ətrafa göz gəzdirdi. Sonra dizinin üstündəki çantanı açdı, içindən kosmetika qabını çıxardı və stolun üstündə qoydu. Ağlasığmaz arxayınlıqla güzgüdə özünə baxdı, üz-gözünü büzüşdürdükdən sonra elə bil bir anlıq qəşəngləşdi, yəqin ona görə ki,  heç bir eybəcərlik  zahirini korlama bilməz. Və dodaqlarını boyamağa başladı, çox ehtimal ki, qadın təbiətindən gələn naz – qəmzəyə görə deyil , elə - belə, qeyri - iradi, dodaqları  solğun görünməsin və nə qədər dondurma yediyi bilinməsin deyə boyadı. O stoldan qalxarkən gördüm ki, qadın azad və sərbəst xanımın özünə rəva biləcəyindən də  uzun və arıqdır. O qədər uzun və o qədər arıq ki, bu artıq nə isə təbii bir şey kimi görünürdü...  

O dəqiqədə  ki, o hesabı istədi və onun zəif cansıxıcı səsi eşidildi, mən tamamilə özümü itirdim və daha anlaya bilmədim ki; kafedə həyatımın ən kifir qadınınımı gördüm və ya tamamilə əksinə – nadir gözəlliliyə malik qadınınımı.

 

 


Tarih: 10:41, 10/4/2008 Kategori: TERCUME
Yorum (yok) | Yorum yaz | Bağlantı

<- Son Sayfa | Sonraki Sayfa ->