Mirmehdi Ağaoğlu

Hakkımda

DOĞRU BİLDİYİNİ ET VE KİMSEDEN ÇEKİNME!


Bağlantılarım

* Ana Sayfa
* Profilim
* Arşiv
* Kafka dünyası
* Makondo
* Mavi gözlü dev
* Yoknapatawpha
* search- google
* Viktior Pelevin
* Elmin Hesenli
* Proloq qezeti
* Türkce arama
* Salinger Jerom
* Küçük İskender

Kategoriler


Arkadaşlarım


Arnold Şvarsnegeri yumruqdavasına çağıran yazar - Çarlz Bukovsk


 

Arnold Şvarsnegeri yumruq davasına  çağıran yazar-

Çarlz Bukovski

 

Burasını yəqin bilirəm ki, 1960-70 lərin Los - Ancelesində yaşasaydım və Çarlz Bukovski ilə rastlaşmaq imkanım olsaydı onunla heç cürə yola getməzdim. Hər dəfə içib lülüş olanda var – yoxumu söyərdi. Sonra da yumruq davası, qoymaqışqırıq.

 

Bütün şerlərini və romanlarını içkili olduğu zamanlarda yazıb Bukovski. Şer oxumağa gedəndə də əlindən pivə bankasını yerə qoymaz, sürəkli dinləyiciləri ələ salar, söyər, təhqir edərdi. Dinləyicilər də onun təhqirlərinə ya qarşılıqlı cavab verər, ya da əl çalardılar. Amma heç vaxt salonu boşaltmazdılar. Çünki onun seks, zorakılıq, söyüş, yumor dolu açıq  - saçıq,  sadə danışıq diliylə yazılmış şerlərinini dinləməkdən  vaz keçə bilmirdilər.

 

kapağını açıyorum yeni şişenin

çantamdan çıkardığım, köşede oturuyor o sırada

siqara içiyor, öksürüyor

New Jerseli yaşlı bir teyze gibi

 

Həm də çox cığal, dalaşqan adam idi. Los – Ancelesdə və 40 – ci illərdə səyahətə çıxdığı ştatların içdiyi əksər barlarında dava eləmişdi. Pulu olmayanda isə barmenlə sözləşib dalaşır, bəzən isə gücü çatdığı halda belə qəsdən döyülürdü. Bunun müqabilində isə bir iki butulka pivəyə qonaq olurdu.

 

Philly’deydik, barmen ne istiyorsun diye sordu

ben de dedim ki bir şeyler ver, sert olsun, Jim

sinirlerimi yatıştırmam gerek,

iş aramaya çıkıyorum. sen dedi,

iş arayacaksın?

evet, Jim, gazetede gördüm

tecrübe aramıyorlar.

canına yandığımın, dedi bana, işe ihtiyacın yok ki, senin

canına yandığımın dedim ben de, paraya ihtiyacim var ama

 

Bu cür səfil - sərkərdən, dalaşmalarla, söyüşlərlə, içkiylə, narkotiklərlə dolu bir həyatın sonunda isə özündən 6 roman və sayı qırxdan çox olan şer kitabları buraxdı Çarlz Bukovski.

 

düşünüyorum da ben gittikden sonra

başkalari için daha başka günler olcak,

daha başka geceler.

köpekler gezinecek, ağaclar salınacak

rüzgarda.

 

benden geriye çok bir şey kalmayacak.

okunacak birkaç şey belki.

 

yol kenarında bitmiş bir yabani

soğan

 

karanlıkta Paris.

 

Atası Henrix Amerika işğal ordusunda zabit idi. Anası ilə Almaniyada tanış olmuşdular. Bukovski özü demişkən bic olaraq doğuldu. Bukovski valideynləri evlənəndən bir ay sonra 16 avqust 1920 – ci ildə dünyaya gəldi. 20 – ci illərdə hazırda olduğu  kimi dünyanı bürüyən iqtisadi böhran onların da ailəsindən yan keçmədi. Və ailə Amerikaya köçməyə məcbur oldu.

 

Uşaqlığı çox qapalı keçdi. Dostları yox idi. Çirkin sifət quruluşu, üzündəki cizvə və sızanaqlar da buna tanışlıqlarına əngəl olurdu. Məhz bu səbəbdən də həmyaşıdları buraxılış ballarında qadın bədəni ilə tanış olduqları halda  onun bu tip tanışlıqları çox sonralara təsadüf elədi. İlk toxunduğu bədənlər fahişələrinki olmuşdu. Məndə olduğu kimi.

 

Atası tez-tez döyərdi onu. Yaşıdları bayırda oynadıqları vaxt atası ona baxçadakı çəmənləri kəsməyi tapşırar, işində kiçicik bir qüsur tapanda isə hamama salıb qayışla döyərdi. Anası isə kənardan bu mənzərəni seyr edib atasının Henrini döyməsinin qarşısını almazdı. Bu üzdən valideynlərindən nifrət edərdi Henri.

 

40 – ci  illərdə evi tərk edib ayrı yaşamağa başladı.  Amerikanı gəzdi. Dolanışıq məqsədi ilə keçici işlərdə çalışır, aldığı maaşı barlarda içkiyə xərcləyərdi. Elə o illərdi yazmağa başladı. Yazdığı şerləri müxtəlif jurnallara göndərsə də, əksəriyyəti üstünə geri qayıdırdı. Lap C. Londonun martin İdeninə dönmüşdü.

 

Bədənində axan alman qanından dolayı bir az nasizm olsa da içində heç bir qrupun üzvü deyildi. Bunu “qonşular nə düşünür” şerində bu cür ifadə edir:

 

...savunucusu deyilim

herhangi bir qrupun ya da

ideolojinin.

doğrusu tiksindiriyordu beni

yaşam ve insanlar

ama gel gör ki

sağcılardan bedava bira koparmak

çok daha kolay

barlarda

yaşlı kadınlardan

bira dilenmekden

 

1947- ci illərdə “Matrix” və digər jurnallarda qısa hekayələri çap olunmağa başladı. Bu illərdə həyatında önəmli rol oynayacaq və 1962-də ölümündən sonra ruh düşkünlüyünə uğrayıb intihara cəhd göstərəcəyi Ceynlə qarşılaşdı. Bir müddət birgə yaşadılar. Ceyn yüngülxasiyyət idi, içir, pozğun həyat sürür, mütəmadi Bukovskiyə xəyanət edirdi. Bukovski onun xəyanətinə durum gətirə bilmir, tez- tez dalaşır, ayrılırdılar. Ömrü boyu qadınlarıyla ən çox məhz bu üzdən ayrılacaqdı.

 

74 illik həyatında Bukovski 2 dəfə evləndi, saysız hesabsız qadınla əlaqələri oldu. 1964 –cü ildə isə uzun müddət birgə vətəndaş nigahında yaşadıqları FransEyE- dən Marina adlı bir qızı dünyaya gəldi.

Bu illərdə artıq ikinci kitabı üzərində işləyirdi.

 

Bukovskiyə əsl məhşurluq Avropadan gəldi. 80 –ci illərdə onu Avropada çox sevir, kitabları Amerikadakından iki – üç dəfə satılırdı. Artıq yaşlılıq dövrünə girmişdi və hər gecə bir qadınla yaşadığı, sərxoş olub dalaşdığı, o üzdən çox dəfə gecəni polis bölmələrində keçirdiyi o çılğın Bukovski artıq yox idi. Amma içkini hələ də bıraxmamışdı. Çörək pulu üçün ağırlığına yüngüllüyünə baxmadan bütün işlərə girirdi. Buna 1.80 boyu və pəzəvəngliyi də izn verirdi. Bəs neynəməli, yemək pulu var, içki, siqaret pulu var, kirayə pulu , kommunal xərclər var. Bunların hamısın ödəmək və yazmaq üçün isə ona işləmək lazım idi.

 

 sonrası bir hiç. alıyorsun son maaş çekini

bir limanda, fabrikada, hastanede ya da

uçak fabrikasında, kumar salonunda, veya

 

berber dükkanında, çalışmayı hiç istemediğin bir

iş yerinde.

gelir vergisi, hastalik, esaret,kırık

kollar, yarılmış kafalar – her şey dışarı fışkırıyor

eski, yırtık bir yastık kılıfindan fişkıran gibi.

 

Bu dövrdə dolanmaq üçün poçtda işə girmişdi. On ildən uzun bir müddətdə sabit iş yeri, maaşı olacaqdı.  Axşam çağlar işə gedib gecə yarınadək işləyir, sonra evə qayıdıb səhərədək yazırdı.

 

Şerləri qədər romanları da məhşurluq qazandı. İlk romanı “Poçt” oldu. Tənqidçilərdən biri yazırdı: “Heç bir çağdaş Amerikan yazarı yazacağı əsərə Bukovski qədər yoğun və geniş bir biçimdə hazırlaşmamışdır... Əslində Bukovskinin ən böyük uğuru , xüsusən “Poçt”da gördüyümüz kimi işi çox yaxşı təsvir etməsində yatmaqdadır”. “Poçt” poçtda işlədiyi illərdəki ağır iş həyatından bəhs edirdi. Ümumiyyətlə son romanı istisna olmaqla bütün əsərlərində həyatından, başına gələn hadisələrdən, düşüncələrindən, hisslərindən bəhs edir. Sevilməsinin bir səbəbi də bu idi. Əsərlərində amerikan yaşayışının alt qatlarından bəhs edər. Bir tərəfdən də əsərlərini daha çox oxunaqlı etmək üçün seksual elementləri bol edərdi. Bu səbəbdən də onu Avropadan fərqli olaraq Amerikada bəzən porno yazar kimi tanıyırdılar. Belə düşünməyə Bukovskinin uzun müddət dolanmaq üçün porno jurnallara seks hekayələri yazması da rəvac verirdi.

 

Bir hekayəsində  9 yaşlarında bir qızı zorlayan kişidən bəhs edirdi. Hekayə çox iyrənc, qəddar olsa da bəyənilmişdi. Və müxbirin bu əsərdədəmi başına gələn hadisədən bəhrələnib deyə soruşanda əslində buna oxşar olayla qarşılaşdığını, lakin həbsə düşmək qorxusundan bu işdən vaz keçdiyi cavabını vermişdi. Amma 9 yaşlarında bir qız mənə yanaşıb alətimdən yapışarsa rədd etmərəm. Ardından da bu cür amoral bir cavab.

 

“Poçt”un ardından “Qadınlar”ı yazdı. Bu da onun qadınlarla əlaqələrindən bəhs edən açıq-saçıq bir roman idi. Bukovski müsahibələrində deyirdi ki, yazdıqlarının 95%- i başından keçən hadisələrdir, geridə qalanı isə yazar təxəyyülünün məhsuludur. Amma həyatını oxuyanda aydın görünür ki, Bukovski bunda da gopa basıb, əsərlərinin yalnız 5%-i reallığı əks elətdiriir.

 

“Qadınlar”da oral seksdən tutmuş, anal seksə kimi açıq saçıq səhnələrə bəs qədər yer ayırıb. Bukovski məhşurlaşmağa başlayandan sonra qadınlar axın-axın üstünə gəlməyə başladılar. Təbii ki, hər qadının bir məqsədi var. Amma hər birinin ilk məqsədi demək olar ki, bütün əsərlərində seksuallığı bu qədər şişirdən, özünü “seks maşını”na bənzədən bu adamdan öz payını almaq idi.

 

...öpüşmelerimiz və dövüşmelerimiz

və düzüşmelerimiz

çilgınca ve harikaydı

 

Kitabda bir zaman çox sevdiyi çılğın Linda Kingdən də söz açır. Əsərdə adı Lidiya olaraq keçən bu qadın yataqda passivliyini əsas gətirərək Bukovskini bir müddət içkidən uzaqlaşdıra bilir. Bundan sonra şairin “kişi”lik dönəmləri başlayır. Bu haqda yazdığı bir şeri də var. Amma biz onu burda təqdim etməyəcəyik. Yəqin anladınız niyə, alətdən filan bəhs edir, ona görə.

 

Lakin bu birlikdəlik uzun sürmür. Lindanın və onun qarşılıqlı xəayanətləri üzündən ayrılırlar.  Bukovski Lindanı çox sevirdi.

 

...sen getirdin onu bana,

götürmen gerektiğinde

yavaşca ve sessizce yap bunu

sanki uykumda ölmüşüm gibi hiçbir acı duymayayım...

 

1985 – ci ildə Linda Lee adlı hinduizm  təriqətlərindən birinə sitayiş edən qadınla evləndi. O vaxtlar artıq varlanmış, şöhrət qapısına dayanmışdı. Bütün ömrünü kirayələrdə keçirən Bukovski özünə iki mərtəbəli ev, BMW markalı maşın aldı. Dünyanın hər yerindən qonararlar bank hesabına axırdı. Artıq varidatını idarə etmək və vergilərin məbləğini azaltmaq üçün özünə mühasib də tutmuşdu. Məşhurluğun zirvəsindəykən rejissorun sponsur tapa bilməməsi səbəbindən uzun müddət çəkilə bilməmiş, ssenarisini Bukovskinin yazdığı “Barfly” – “Bar kəpənəyi” filminə nəhayət sponsor tapıldı və Hollivudda çəkilişlərə başlanıldı.

 

Burada Bukovskini şoubiznesin qapısında bir saniyəlik saxlayaraq bir az əvvələ dönək. Yazını bura qədər oxuyanlar elə düşünəcəklər ki, Bukovskinin bütün ömrü boyu işi peşəsi yalnız içmək və sevişmək olub. Əlbəttə ki, bunlar da olub. Bunlarsız olarmı? Amma içki və qadından çox- çox əvvəl hələ gənc vaxtlarında adamayovuşmaz olan və mizantrop bir həyat sürən Bukovski gününü kitabxanada keçirir, Dostayevskini, Heminqueyi oxuyurdu. Selini çox bəyənirdi. “Gecənin onuna səyahət” sevimli əsərlərindən biri idi. Amma ona ən çox təsir edən, yazıçı olmağa ürəkləndirən əsər John Fantenin “Tozdan soruş” əsəri idi.

 

Bukovski məşhurlaşandan sonra artıq hamı tərəfindən unudulmuş, gözləri tutulmuş, ayaqları amputasiya edilmiş yataq xəstəsi olan 30- cu illərin məşhur yazarlarından olmuş Fanteni axtarıb tapdı və ziyarətinə getdi. Görüş zamanı Bukovskinin içində xəfif həyəcan var idi. Bunda bir az əsərlərinin axıcı olması üçün kitabı çox qısa bölmələrə bölmə tərzini Fantedən götürmənin yaratdığı günahkarlıq hissinin də payı vardı. Amma Fante bundan xəbərsiz idi, çünki Bukovskinin heç bir kitabını oxumamışdı. Bukovski onun əsərlərinin yenidən çap edilməsinə yardımçı oldu. Aralarında səmimi dostluq yarandı.

 

Bu dostlardan biri də məhşur aktyor Şon Pen idi. Bukovskinin həyatını

əks etdirən “Barfly” filmində baş rolu o oynayacaqdı. Şon bu rol müqabilində rəmzi olaraq 1 dollar tələb etsə də qoyduğu şərtlər ucbatından bu razılaşma alınmadı. Əvəzində isə aralarında çox böyük yaş fərqi olan Penlə Bukovski möhkəm dost oldular. Bununla beli bukovskinin Penin arvadı Madonnadan heç xoşu gəlmirdi.

Baş rolu Miki Rur oynayası oldu. Bukovski artıq tez-tez xəstələnməyə başlasa da çəkiliş boyu meydançaanı tərk etmədi.

 

orada burada takılan tipler

selüloit

tiplerdir

genelde   

 

Filmin təqdimatından sonra Bukovski bir az daha yaxınlaşdı zirvəyə. Artıq tez-tez Hollivud ulduzları ilə bir arada görünürdü. Sarı mətbuatının bir parçası olmuşdu. Amma bundan heç xoşlanmazdı. Ümumiyyətlə hər kəsin sevdiyi filmlərdən və ulduzlardan nifrət edərdi. Hətta bir dəfə bir ziyafətdə bu nifrətini Arnold Şvarsnegerin üzərinə tökəsi oldu  və onu yumruq davasına çağırdı.

 

Xəstəlik onu əldən salmışdı. Daha əvvəlki sərtliyi qalmamış, içkini və siqareti atmışdı. Yazı maşınında da əvvəlki kimi yaza bilmirdi. Bu ərəfədə ona kompüter hədiyyə elədilər. Texnologiyanın bu kəşfinə çox şad olmuşdu, artıq həvəslə komüterdə yazırdı. Səhv olduqda isə vərəqi dəyişməyə ehtiyac yox idi, poz yenidən yaz.  Kompüterin bütün bu üstünlüklərinə  baxmayaraq hər gecə sənədləri doğru düzgün yaddaşda “save” eləyib eləməməsi qorxusu ilə yatırdı.

 

Kompütüerin verdiyi imkanlar sayəsində yeni romanını, xeyli şerlər yazdı. Bu şerlər əvvəlkilərə baxanda sentimantal idi və daha çox ölümdən və uşaqlıq illərindən bəhs edirdi.

 

bir gece

öyle çok eskilerde değil,

uçabildiğimi gördüm

rüyamda.

yani sadece

kollarımı ve bacaklarımı

oynatarak

uçabiliyordum

ve uçtum da.

aşağıda toplanan

insanlar

ellerini uzatıp
beni yakalamaya

aşağı çekmeye

çalışıyor

ama

başaramıyorlardı.

üzerlerinə işemek

geldi içimden.

hepsi de o kadar

kiskançtı ki.

 

oysa yapmaları gereken tek şey

yavaş yavaş da olsa

çabalamaktı

tıpkı

benim yaptığım gibi.

 

böyle insanlar

başarı aşağçta yetişir

sanır.

 

sen ve ben,

daha iyisini

biliyoruz.

 

Şerləri dilinin sadəliyi ilə seçilirdi. Hər şeri sanki qısa bir hekayə idi. Şerlərində Ramiz Rövşənin şerlərində olduğu kimi simvolizmə qətiyyən yer verməzdi. Şerdə mürəkkəbliyə qaçmaması, içindən gələnləri başa düşülən biçimdə anlatması şerlərini oxunaqlı edirdi. Onun şerlərində romanlarında da olduğu kimi yumor vardı. Və bu yumor sonuncu romanı istisna olmaqla bütün yaradıcılığını əhatə edir. Bukovski özünü Heminqueylə müqayisə edərkən  onun əsərlərində gülüş yarada bilməməsini təkəbbürlə söyləyirdi.

 

Bir çox tənqidçi onun cəmiyyət qanunlarını xor görən bir yazar olduğunu söyləsə də Bukovski insanların davranışlarını realist bir şəkildə yazmaqdan başqa bir şey eləmirdi. Əslində o hər kəsin içində olan lakin söyləyə bilmədikləri hissləri, düşüncələri yazırdı. O , oxucunun ürəyindən keçirtdiyi, lakin dilinə belə gətirməyə utandığı şeyləri utanmadan yazırdı. Və bu cəsarətinə görə də sevilirdi.

 

Henrix Çarlz Bukovski 1994 – cü  ildə mart ayının 9-da Los – Ancelesdə 73 yaşında vəfat elədi.

 

ve gri ellerimden

düşüyor son kalem ümitsizce

ucuz bir odada

bulacaklar beni

ve asla bilmeyecekler

adımı

niyetimi

ya da nedenini

firarımın

 

 

son.


Tarih: 22:31, 13/2/2009 Kategori: YAZARLAR
Yorum (yok) | Yorum yaz | Bağlantı

ATILLA ILHAN heyati ve musahibesi


15 iyun 1925-ci ildə İzmirin Menemen bölgəsində doğuldu.  İbtidai ve orta təhsilinin böyük bir hissəsini İzmirdə, qalanını  atasının işi üzündən getdikləri müxtəlif  şəhərlərdə davam etdirdi.

Atilla İlhan – Uşaqlıq illəri
Hələ İzmir Atatürk Liseyinin birinci sinfində oxuyarkən məktublaşdığı bir qıza Nazim Hikmətin şerlərini yazdığı üçün ələ keçdikdən   sonra  1941-ci ilin fevralında tutulmuş və məktəbdən qovulmuşdur. O zaman hələ 16 yaşında idi. Üç həftə nəzarət altında saxlanıldaqdan sonra iki ay hebsxanada yatdı.


Türkiyədə təhsil ala bilməyəcəyi haqqında sənəd alınca bir müddət təhsilinə ara verməyə məcbur oldu. 1944 - cü ildə Dövlət Şurasının qərarı ilə yenidən təhsil haqqını əldə etdi. Qərar çıxar çıxmaz İstanbul İşıq Liseyinə daxil oldu. Son sinifdə  ikən əmisinin ondan xəbərsiz « Cabbaroğlu Mehemmed » şeri ilə iştirak etdiyi CHP Şer Ərmağanı müsabiqəsinə  bir çox məhşur şairi geridə bıraxaraq ikinci yerə çıxdı. Sübhəsiz bu  mükafat onun üçün böyük sevinc qaynağı olmuşdu.

 

1946- cı ildə məzun olduqdan sonra İstanbul universtiteti Hüquq fakultəsinə qəbul oldu. Universtitet həyatının müvəffəqiyyətli illərində « Yığın » və « Gün » kimi jurnallarda ilk şerləri dərc olunmağa başladı. Hüquq fakultəsindəki ali təhsilini yarımçıq qoydu. 1948 –ci ildə   «Duvar » adlı ilk şerlər kitabını öz imkanları hesabına nəşr etdirdi.

 

Paris illəri

 

1949-cu ildə universtitetin ikinci kursunda ikən « Nazim Hikmeti kurtarma » hərəkatına qoşularaq ilk dəfə Parisə getdi. Bu hərakatda aktiv rol oynadı. Fransız cəmiyyəti, oradakı çevrəsi ilə əlaqədar müşahidələri daha sonrakı əsərlərində yer alan bir çox xarakter və hadisələrin əsasını təşkil elədi. Türkiyəyə qayıtdıqdan sonra tez-tez polisə çağrıldı. Sansaryan Handakı dindirilmələr ölüm, təhlükə mövzularını işlədiyi əsərlərində önəmli rol oynadı. Bir neçə dəfə tutuldu.

 

İstanbul –Paris  - İzmir üçbucagı

 

1951 –ci ildə «Gerçek » qəzetindəki bir yazısının üstündə sıxışdırılınca təkrar Parisə qayıtdı. Atilla İlhan bu dönəmdə Fransada fransız dilini və Marksizmi öyrəndi.1951 – ci illəri İstanbul – İzmir –  Paris  üçbucağı içərisində keçirən Atilla İlhan bu ərəfədə Türkiyə çapında tanınmağa başladı. Vətənə döndükdən sonra hüquq təhsilinə davam elətdirdi. Ancaq sonuncu kursda jurnalistliyə başlaması ilə təhsilini yarıda qoydu. Kinoya olan marağına görə 1953 – də « Vatan » qəzetində kino ilə bağlı tənqidi məqalələr yazmağa başladı.   

 

 "Çox zaman üç-beş adam üçün yazdığımızı sanarıq,
onlar bizi oxumazlar. Əsil səsləndiklərimiz,
heç bir zaman tanıya bilməyəcəyimiz başqa üç-beş adamdır."
Atilla İlhan

Sənətdə Çox Yönlülük

 

 

1957 – ci ildə Ərzincana gedib elə oradaca əsgərlik çəkdikdən sonra təkrar İstanbula qayıdan  Atilla İlhan kino ilə daha dərindən məşqul olmağa başladı. Əli Kaptanoğlu imzasıyla on beşə yaxın ssenari yazdı. Kinoda axtardığını tapmayınca 1960 -cı ildə təkrar Parisə getdi. Sosializmin inkişaf mərhələləri və televiziya işlərini araşdırdığı bu dövrdə atasının ölümü ilə yazarın İzmir illəri başladı. Səkkiz il İzmirdə yaşadığı müddətdə “Demokrat İzmir” qəzetinin baş redaktorluğunu və yazı işləri müdirliyini etdi. Eyni illərdə şerlər kitabı olan “Yasak Sevişmek” və “Aynanın içindekiler” seriyasından “Bıçağın ucu” kitabını nəşr etdirdi. 1968 – ci ildə 15 il davam edəcək ailə həyatını qurdu.

 

 

İstanbula qayıdış

 

Atilla İlhan 1973-cü ildə “Bilgi” nəşriyyatında məsləhətçi vəzifəsi təklifini  qəbul edərək Ankaraya köçdü. 1981 – ci ilədək Ankarada qalan yazar “Fena Halde Leman” adlı romanını tamamladıqdan  sonra İstanbula köçdü. İstanbulda  jurnalistlik fəaliyyətini “Miliyyet” (2 mart 1982 – 15 noyabr 1987) qəzeti və “Gelişim” nəşriyyatında davam etdirdi. Bir müddət « Güneş” qəzetində yazan Atilla İlhan, 1993 – 1996 –cı illərdə  “Meydan” qəzetində yazdı. 1996-dan  2005-ci ilədək isə « Cümhuriyyet » qəzetində köşələrini yazdı. 1970 – ci illərdə Türkiyədə televiziya verlişləri translyasısının başlanması və geniş kütlələr tərəfindən isitfadəsi ilə əlaqədar Atilla İlhan  yenidən ssenari yazmağa başladı. Onun « Sekkiz sütuna manşet », « Kartallar yüksek uçar » və « Yarın artık bugündür » filmləri ictimaiyyət tərəfindən bəyənildi və maraqla izlənildi.


İlk romanı « Sokaktakı adam »ı dərc etdirdiyində artıq 10 roman yazmışdı. Bunları heç gün işığına çıxartmadı. Atilla İlhan bunun səbəbini bir müsahibəsində belə izah edir : « … əvvəllər bir neçə roman yazdım. Amma niyə çap etdirmədim? Çox ağıllı bir səbəbi vardır. Çünki bilirəm ki, yazarlar ilk romanlarında özlərindən bəhs edərlər. Bu da romançılıq deyil. Gündəlik tutmaqdır. » (« Düşün », iyun 1996).

 

Roman yazmağa başladığında dövrünün digər yazarları daha çox əyalət və kənd həyatından, kənd insanından bəhs edən romanlar yazdıqları halda Atilla İlhan şəhər insanını, Türkiyənin yaxın tarixini siyasi, iqtisadi və sosial yönlərdən araşdıraraq yazırdı. Təkcə Türkiyənin İstanbul İzmir kimi böyük şəhərlərini, yaşadığı dövrün həyat tərzini, iqtisadi və sosial problemlərini qəhrəmanların gözü ilə əks etdirməklə kifayətlənmir, eyni zamanda qərb mədəniyyətinin Türkiyəyə təsirini, mənfi və müsbət nəticələrini yaratdığı xarakterlərlə və  Avropa şəhərləri ilə müqayisəli bir quruluşda verirdi.

Atilla İlhan 11 oktyabr 2005-ci ildə  İstanbuldakı evində həyata əlvida dediyi zaman 80 yaşı var idi..

 

Atilla İlhan 80 yaşında

Əsərləriylə eşq, vətən dərdi yaşayan ürəkləri fərəhləndirən Atilla Ilhan « həyatının yarıdan çoxunu təqib olundunsa, ölmək adi bir şey » deyir.

Qadından, puldan və şöhrətdən uzaq durmalı

Yayın qızmar istisini dağıdan İzmir küləyi kimi əsərləriylə Türk ədəbiyyatını sərinləndirən, eşq, vətən dərdi yaşayan ürəkləri fərəhləndirən 80 yaşlı Atilla ilhan.

Müsahibəyə başlayarkən iki nəfər idik. İki saat sonra yüzlərcə olduq… Atilla İlhan The Marmara Hotel-in kafesində  80 yaşını ; şer, sevgi, mübarizə və siyasətlə bol olan  həyatını danışdıqca yanımızdakı masa da adamla dolurdu. "Ellerini tutabilsem eksiksiz ölürdüm" dediyi Pia da, "Süheyla değildi başkaydı adın" deyə inad edib "Gözlerindeki mavi kimin gökyüzü" deyə soruşduğu qadın da ordaydı. Bütün səmimiyyətiylə "Hem kötüyüm karanlığım, biraz çirkinim" deyə etiraf elədiyi Aysel də özündən əmin masanın lap baş tərəfindən sonradan gələnləri müşahidə edirdi. Elə bu vaxt "Kallavi Sokağı'nda gördüğü", Belma Sebil deyə çağırdığı qara saçlı, mavi gözlü bir qadın da gəlib çıxdı. Hennelise isə Parisdən gətirdiyi yağış damlalarından yaxşıca silkələnərək xilas oldu və masaya yaxınlaşdı. Yenə də özünə ən çox güvənən "çarpılmışım başım sersem" deyə səsləndiyi "jilet yiyen kız" kimi gəldi mənə sarı… Əlbəttə, masanın başında oturanların hamısı qadın deyildi, "Hayırsızın biriydi fikrimce" misrasında özünə qarşı haqsızlıq edildiyini durmadan təkrarlayan "Üçüncü şahıs" və başqaları da vardı orada… Sadəcə bunlar deyil, ədəbiyyatın hər sahəsində əsərlər yazan, ssenarilər yazan, televiziya verlişləri hazırlayan, jurnalistliyini hər fürsətdə dilə gətiriən İlhanın qəhrəmanları doldurmuşdu kafeni… O, gündəlik gəzintisi səfərinin son nöqtəsi olan kafedə, küncdəki masasında əyləşib portağal şirəsini qurtumlayaraq danışmağa başladıqda hamı diqqət kəsildi…

- Bu il 80 yaşınızı qeyd edirsiniz. 80 il sizin üçün riyazi və həyati olaraq nə ifadə eləyir ?

- Heç nə ifadə eləmir. Mənim üçün 80 yaşımla 25 yaşım arasında heç bir fərq yoxdur. Nə yaradıcılığımda, nə də həyata baxışımda bir dəyişiklik oldu. Asiyalıların ölümü kəşf eləmələrindən üç min il keçdi deyə düşünürəm. Bizdə ölüm əsasdır. Əhməd Qəzali necə deyib ; « Dünyaynın bir həqiqəti var, o da ölümdür. »

ÖLÜM ÇOX ADİ

- Ölümü Şərq və Qərb cəmiyyətlərini bir-birindən ayıran bir anlayış olaraq görürsünüz. Siz necə qəbul edisiniz ölümü? 


 - Bütün şərqlilər kimi… Ölümün mövcudiyyəti insanlığı tarazlaşdırır.  Bir anlıq düşünün ; ölüm yox oldu, kim istəsə yaşaya biləcək. Hər istəyəni yaşamağa qoyacaqlarmı, dolandıra biləcəklərmi? Ölümü həyatın dialektik nəticəsi olaraq qəbul edirəm; həyat varsa, ölüm də var. Əgər 17 yaşında həbsxanaya düşmüsənsə və həyatının yarıdan çoxunu təqiblərdə keçirtmisənsə ölüm adi bir şey…

-O halda   qocalıq və gənclik nədir sizə görə?

– Insanın içindəki bir məsələdir bu. Biloloji olaraq yaşlanmışam, nə xoş ki, onda da şansım (tərəddüdlərim) var. Sonuncu dəfə xəstəxanada olarkən bütün iç orqanlarımın şeklini çekmişdilər. Çekən adam dəhşət içində « 21 yaşındakı kimisiniz » dedi. İçərim o qədər saf, o qədər təmiz idi ki. Təmiz də olsa axsayır (qəlbini göstərir).

- Sağlam olmağınızda idmanın payı çoxdur, hə ?

- Cavanlıqda futbol xəstəsiydim mən, 100 metrəyə qaçardım, yaxşı üzürdüm. Bədənim heç vaxt deformasiya olmayıb. İkincisi, yaşadıqca, riskli şeylərə alışdıqca daha da tədbirli olursan. Mənim həyatımda iki qanun hökm etmişdir. Bir ; özün üçün heç bir şey istəməməli. İki ; qadından, şöhrətdən və puldan uzaq durmalı. 


- Bu qədər sevgi şeri yazan biri olaraq « «Qadından uzaq durmalı » deməyiniz qəribədir…

-Qadından uzaq durmağım bu cürdür… Mən burda oturarkən bir qadın gəlib « Mən sizə heyranam » deyə bilər. Mən hansısa hisslərin, bəzi assosasiyaların təsiri ilə nəsə yazdım. Amma sən ondan özünə pay axtarma. Onda bir başqasının payı var. İkincisi belə şeylərdə fövqaladə müşkülpəsəndəm, asanlıqla bəyənən, xoşlanan biri deyiləm. Yəni, kadınlara qarşı asılılığım yoxdur...
 - Ailənizdə uşaqlar hamısı incəsənət adamlarıdırlar ; Çolpan İlhan aktyor, Cengiz İlhan hekayəçi, sizsə bir çox sahədə əsərlər yaradırsınız. Nə cür mühitdə böyüdünüz ?

– Bizdə evin sahibi uşaqlar idilər. Atam « «Uşağa toxunmayın » deyərdi. Mənimsə etmədiyim ədəbsizlik qalmazdı. Çox yaramaz idim.

 - Bütün oyuncaqlarınızı qırırmışsınız...

– Qıra bilmədiklərimi də Əminə Nənəyə qırdırırdım. Atam çox yaxşı pul qazanan vəkil idi. Uşaqlığımız İzmir, Karşıkayada 10-12 otaqlı bir bağ evində keçdi. O zamanlar futbola marağım var idi. Sənətə meylim hardan çıxır bəs? Atam zifaf gecəsində anama Nedimin divanından şerlər oxuyubmuş. Anam Nedimin bi çox qəzəlini əzbər bilir. Atamın Nijat B. imzasıyla dərc olunmuş bir neçə şeri də var.  İzmirdə dərc olunan « Hizmet » qəzetinin məsul müdürü olub. Həbsxanada da yatıb. Taleyə bax ki, sonra mən atamın yatdığı türmədə yatdım... İbtidai məktəbin üçüncü sinifindəykən « İlkbahar » adlı bir şer yazmışdım.

– Uşaqlığınızın sonrakı mərhələsi necə keçdi ?

– Atam səbəbini bizə izah etmədən Daxiliyə Vəkalətinə müraciət edib icra orqanlarında  bir vəzifə istəyibmiş. Bir gün dənizdən evə gəlirdim. Anam « Uşaqlar, Konyaya gedirik » dedi, « Konyanın İlgin qəzasına ». Çolpan təzə doğulmuşdu. O İzmir səltənətini yaşaya bilmədi. O Anadolu uşağı olaraq böyüdü, məsəl üçün o bizdən realistdir. Biz o zamanadək həmişə "Sen ne güzel bulursun gezsen Anadolu'yu" deyə öyrənmişdik, amma heç bəyənmədik! Küçəyə ilk çıxdığımızda uşaqlardan qorxmuşduq. Mən onlara futboldan danışdım. Başları çıxmırdı. Onlara futbol oynamağı öyrətdim.

YAXIN TARİX UYDURMADIR

-Son dönəmlərdə şerdən çox romana meyl etmisiniz? Nədən belə bir tərcih etdiniz ?

-Tərcih etmədim. Mən çoxdanın jurnalisti olmağıma baxmayaraq siyasətlə ciddi şəkildə son vaxtlar məşğul oluram. Yaxın tariximiz başdan ayağa əfsanədir, uydurmadır. Bunları incələdikcə ortaya çıxır. Bunu da «Aynanın içindekiler » seriyası  altında  roman olaraq yazıram. 1890 –cı illərdən  1960-cı illərə qədər olan bir dövrü əhatə edir.  Tarixi qurcaladıqca elə şeylər çıxır ki, qarşıma dəhşət içində qalıram.

 – Bu üzdənmi şer arxa planda qaldı ?

- Elə ona görə, çünki doğru-düzgün bir şey yazmaq lazımdır. Necə gəldi olmaz axı. Musatafa Kamal Samsuna çıxdıqdan sonra Havzaya gəlmişdir, orada bir şey olmuşdur. Qurcaladıqca maraqlı şeylər çıxır. İçinə girdiyin zaman siyasi baxımdan bəzi şeyləri söyləmək zorunda qalırsan. Xüsusilə İsmət Paşa. Mustafa Kamal Paşanı hədəfindən yayındırmaq üçün əlindən gələni eləmişdir.

- Son vaxtlar yazdığınız bir şer vardırmı?


 -Var. Bir dənəsi klassik şerlərimdən biridir. Hərb illəri ilə bağlıdır, digəri isə ölümlə.

 

 


Tarih: 15:36, 15/10/2008 Kategori: YAZARLAR
Yorum (yok) | Yorum yaz | Bağlantı

MUSAHIBE



Yazıçı “Kağız” adlı ölkənin azad vətəndaşıdır

 

 

-Sonuncu dəfə zəngləşdiyimizdə demişdiniz ki, Kafkanı oxuyursunuz. Oxudunuzmu Kafkanı?

- Bəli, oxudum. Hələ üstəlik rusların çəkdikləri “Qəsr” filminə də baxdım. Amma onu deyim ki, rejissor ya bilərəkdən, ya da bilməyərəkdən romandakı effekti yaratmayıb, bunun əvəzinə  bolluca erotika verib, russayağı. Romanda K.-nın Olqayla yatması göstərilməyib, onlar yalnız söhbət edirlər və mən romanı oxuyarkən o hissəni çox diqqətlə nəzərdən keçirmişdim ki, bəlkə onların arasında nəsə ola. Axı Olqa K.-dan xoşlanırdı. Amma romanda ele bir şey görməmişdim. Rejissor isə K.-nı başını Olqanın çılpaq sinəsinə qoyub yuxuya getməyə vadar edir.

- Kafkadan elə bu qədər?

- Əlbəttə ki, yox. Kafka xırda, oxucu üçün maraqlı olmayan şeylər ətrafında o qədər məharətlə var-gəl edir ki, onun bu qabiliyyətinə heyran olmaya bilmirsən. Əsər boyu K.-nı çıxmazlara salır, onu sındırır, status-kvoya tabe edir, baxmayaraq ki, o əsərin əvvəlindən buna qarşı çıxır, yerölçən olduğunu isbatlamağa çalışır.

- Markes deyir: “lənətə gələsən Kafka”

- Mənsə deyirəm: “ Lənətə gələsən Markes”

- Niyə?

- Markesin qəhrəmanları istiqanlıdırlar, onlar oxucunu cəlb edirlər, Kafka və onun qəhrəmanları isə soyuqqanlı. Baxmayaraq ki, Kafkanın qəhrəmanları ilə Markesin qəhrəmanları arasında oxşarlıqlar çoxdur. Məktub gözləyən polkovniklə yerölçən olduğunu isbatlamağa çalışan K. arasında. Hər ikisi bürokratiyanın qurbanlarıdırlar. Və ya 53 il 4 ay və neçə günsə Ferminanı sevib ona qovuşacağına ümid edən Florentina Arisa ilə könlünə yatan yemək tapa bilmədiyi üçün ac qalmağı qərara alan sirk aktyoru arasında. Görürsünüzmü o ac qalaraq qəfəsin içinə səpilmiş samanların arasında qeyb olur, amma heç kəsin tükü belə tərpənmir, Qreqor Zamzanın da başına buna oxşar iş gəlir, ona qarşı valideynləri belə laqeyddirlər. Əslində metamorfoz olan Qreqor Zamza deyil, ətraf aləmdir, cəmiyyətdir, Zamza xaricə dəyişilib həşarata çevrildiyi halda  valideynləri daxilən dəyişiblər, laqeydləşiblər. Həqiqətdə həşərata Zamza deyil, valideynləri, bacısı çevrilib. Yadıma düşmüşkən  onu da deyim ki, Markesin “Vəba dövründə eşq” əsəri də ekranlaşdırılıb. Markesin bu əsəri çox möhtəşəmdir, onun haqqında bunu deyə bilərəm; bu cür əsər yazmaq üçün ancaq gərək dahi olasan. Amma təəssüf ki, Markes dilimizə tam çevrilməyib.

-Tərcümə  ədəbiyyatımızın yaralı yeridir. Bu sahəyə  ciddi surətdə diqqət edilməlidir. Deyəsən siz də tərcümə edirsiniz axı?

-Məncə yazı adamı ədəbiyyata az-çox dəxli olan nə varsa onunla məşğul ola bilər. Tərcümə isə yazıçıya başqa yazıçını anlamağa ona aid olan şeyləri bölüşməyə lazımdır, ikinci tərəfdən dil zənginləşir, püxtələşir. Çünki burada müəllif tərəfindən qolyulan qaydalardan kənara çıxmaq mümkün deyil, nə edə bilirsənsə bu kvadratın içində et. Digər tərəfdən isə tərcümə xarici dil  bilməyən oxuculara maariflənmək şansı verir.

-Tərcümələriniz necə qarşılanır?

- Tərcümələrim deyəndə ki, hələlik iki tərcümə etmişəm. Biri Markesin “Kifir qadın haqqında təzadlı düşüncələr”, digəri isə V. Pelevinin “Ziqmund Kafedə” hekayələridir. Birinci tercümə bəyənilmişdi, daha doğrusu ciddi əks –səda doğurmadı- Rasim Qaraca hələm-hələm bir şeyi bəyənən deyil, bununla belə  tərcüməni bəyənmişdi,  ikinci tərcüməni isə bəyənməyənlər daha çox oldu. Amma tutulan nöqsanların çoxunu bilərəkdən etmişdim, ekspriment edirdim, görüm necə qarşılanacaq. Hekayə Kultaz portalında veriləndən sonra Şərif adlı istifadəçinin (Məncə o Şərif Ağayar idi) yazdığına görə bu hekayəni Azad Yaşar da tərcümə edibmiş. Daha yaxşı, artıq o hekayəni iki tərcümədən oxumaq olacaq.

- Yeri gəlmişkən Kultaz və Lit.az portallarının birgə təşkil etdikləri “Nəsimi” milli ədəbiyyat müsabiqəsinə siz də qatılmışdınız, hətta finala qalanlar arasında sizin adınız da var idi.

- “Nəsimi” müsabiqəsini bu ilin ədəbiyyat hadisəsi adlandırmaq olar, sözün açığı mən bu müsabiqənin bu cür uğurlu alınacağına inanmırdım ilk başda. Onun üçün də ən son yazdığım hekayələri göndərdim, seçmədim, nə ola –ola. Maraqlı yarışma oldu. Bunun üçün təşkilatçılara təşəkkürümü bildirirəm. Məncə bu yarışma daha geniş miqyasda keçirilməlidir.

- Bəs nə üçün ilk üçlüyə daxil ola bilmədiniz?

-Əgər ilk üçlüyə daxil ola bilməmişəmsə deməli hekayələr kifayət qədər güclü deyilmiş.

- Qaliblərdən necə razı qaldınızmı, əsərlərin səviyyəsi sizi qane etdimi?

-Finalçıların adı bəlli olduqdan sonra, bir-birimizlə məktublaşıb təbrik etdik-mən bilən bu Sevinc Çılğının insiativi olmuşdu. Sevinc Çılğını və Elmin Həsənlini müsabiqədən əvvəl də oxumuşdum. Qalib çıxan əsərlərdən isə təkcə Elminin şerləri ilə tanışam, son vaxtlar uzun mətnlər oxumağa səbrim çatmır, salamtlıq olsun qaliblərin vəd olunduğu kimi kitabları çıxar, kitabdan oxuyaram. Qaliblərin hər birinə başarılar.

-Münsiflərdən necə razı qaldınızmı?

Bakıdan kənarda işlədiyimdən mükafatların təqdimat mərasiminə qatılmaq imkanım olmamışdı, amma dostum Qan Turalının və mənim əvəzimdən təqdimetmə mərasimində iştirak etmiş sevgilimin dediklərinə görə məni çoxlu tərifləyiblər, xüsusən də Əsəd Cahangir. Tural da mənə sms yazdı ki, günahın nədir  ki, Əsəd səni bu qədər tərifləyir?

- amma deyəsən bunu da demişdi ki,  Mirmehdi Ağaoğlu istedadlıdır, lakin xuliqanlıq eləməsin. Xuliqanlıq deyəndə o nəyi nəzərdə tuturdu?

- “Politorgiya” hekayəmi. O hekayədə varlı bir ərəb qadını qrup seksdən xoşlanır, lakin şəriət buna imkan vermir, o da ərinin klonunu düzəltdirmək qərarına gəlir. Məni əsərlərimdəki açıq-saçıqlığa görə azad yazar Rasim Qaraca da qınayıb, indi isə mühafizəkarlığı ilə tanınan Əsəd Cahangir. Mən açıq-saçıqlıqdan məqsəd kimi deyil vasitə kimi istifadə edirəm. İkinci bir tərəfdən bu söhbətləri bir kənara qoymaq lazımdır, dünya ədəbiyyatı bu mərhələni çoxdan keçib, müasir ədəbi nümunələri erotik-pornoqrafik əsərlərdən ayırmaq mümkün deyil. Götürək Beqbederin “Üç il yaşar eşq” romanını və ya Sorokinin “Buz” romanını, hər ikisində pornoqrafiya yetəri qədər var və heç də bəzilərinin dediyi kimi bədiiliklə deyil, tam çılpaqlığı ilə verilib. Bizə elə gəlir ki, qurşaqdan aşağını düşünmək, o barədə yazmaq olmaz. Boş şeydir. Yazıçı “Kağız” adlı ölkənin azad vətəndaşıdır, nə istəsə onu da edə bilər.

- Yazıçı siz deyən kimi “Kağız” ölkəsinin vətəndaşı olsa da, o Azərbaycan yazıçısıdır və buranın özünəməxsus adətləri, mentaliteti, dünyagörüşü var, məncə yazıçı bunları nəzərdən qaçırtmamalıdır. Türkiyənin özündə bu məsələlərə ciddi önəm verilir...

- Baxın, Azərbaycan maraqlı coğrafi məkanda yerləşir, Türkiyə ilə Rusiya arasında. Türkiyə ilə dərin milli, dini bağlılıqlarımız, ortaq dəyərlərimiz var, bununla belə 2 əsrə yaxın Rusiyanın təsiri altında olmağımız bizə xalq olaraq yeni şeylər verib, biz dünyəviləşmişik, müasirləşmişik, xalqın əksər hissəsinə dinin təsiri o qədər də güclü deyil, onun qarşısına dünyəviliklə din arasında seçim qoyanda o birincini seçir. Bizim rus əxlaqı, rus dünyagörüşü ilə ortaq cəhətlərimiz var, bəlkə də elə bu cəhətlərdir cəmiyyətimizi hazırkı düşdüyü   vəziyyətdən daha bərbadına düşməməyə qoymağa. Bütün bunları nəzərə alaraq, rus və türk yazarlarının təcrübələrindən qaynaqlanaraq  orta bir yol seçmək olar məncə.

- Baxmayaraq ki, geniş oxucu auditoriyasına o qədər də məlum deyilsiniz, bununla belə ədəbi dairələrdə sizi tanıyırlar, hekayələriniz oxunur. Xüsusən də “Cadugizlədən” hekayəniz çox bəyənildi.

- Bəli “Cadugizlədən” bəyənildi.

-İndi nə yazırsınız?

-Bir neçə yarımçıq hekayələrim var, onları tamamlamaq fikrindəyəm. yenə də hekayə yazıram. Təəssüf ki, işimdən dolayı yaradıcılğa vaxtımın hamısını ayıra bilmirəm. Ədəbiyyatla isə yarımçıq məşğul olmaq olmaz, o hobbi deyil ki, ona vaxtının bir hissəsini ayırasan. Flober deyir: “Ədəbiyyat həyat tərzidir”.

-Roman yazmaq necə, bu haqda düşünmüsünüzmü?

- Bir ildən çoxdur ki, bir roman üzərində işləyirəm. Əslinə qalsa Saqansayağı  oturub başını qaldırmadan iki həftəyə, bir aya da yazmaq olar, yenə də vaxt kasadlığı. İkinci tərəfdən isə özüm romanı bitirməyə tələsmirəm? Hazırkı vəziyyətdə cəmiyyətdə oxucu böhranı var, bu böhran 90-cı illərdən iqtisadi böhranla müşahidə olunaraq indiyə kimi davam edir, həm də bir iqtisadçı olaraq deyə bilərəm ki, iqtisadi böhranı islahatlar, dövlət nəzarəti vasitəsilə aradan qaldırmaq mümkündür. Mənəvi böhranı aradan qaldırmaq üçün bir az daha  artıq vaxt lazımdır. Bunun üçün müəyyən kompaniyalar keçirilməli, yazıçılar təbliğ olunmalıdır. Bizim oxucu uzun müddət ac qalmış adama bənzəyir, necə ac adamın qabağına birdən-birə yemək məcməyilərini düzmək olmazsa, eləcə də oxucunu qalı-qalın kitablarla, romanlarla yormaq olmaz, tədricən, qısa hekayəlkərdən başlamaq lazımdır. Müasir komunikasiya dövründə həm də internetdən oxuyurlar, internet istifadəçisinin isə o qədər də çox vaxtı yoxdur ki, monitorun qarşısında oturub “Hərb və sülh”ü oxusun, o daha çox qısa mətnlər oxumağa üstünlük verir.

-Mənə elə gəlir ki, telekanallarda yazıçılarımız kifayət qədər də olmasa müəyyən mənada təbliğ olunurlar.

-Siz “Ovqat” verilişinə dəvət olunan yazıçıları nəzərdə tutursunuz?

-Bəli.

-Mən and içməyə hazıram ki, onları heç Madam Tüssonun “Mum fiqurları sərgisi”nə belə qəbul etməzlər. Onların oxucu auditoriyası çox dardır, əksəriyyətini isə qocalar təşkil edir. Cavan nəsil isə nə onları qəbul edir, nə də oxuyurlar, çünki o yazıçıların təsir gücü tükənib, kombayn qala-qala kotanla yer şumlamaq yaramaz. Sentimental, patriotik, nakam məhəbbət mövzusunda əsərlərin vaxtı çoxdan keçib.

- Müasir yazıçılardan kimləri oxuyursunuz? Bizim yazıçıları nəzərdə tuturam.

- Əsasən, AYO-çuların əsərlərini oxuyuram-Həmid Herisçi, Qan Tural Seymur, Aqşin. o cümlədən publisistik yazılarını da eyni maraqla oxuyuram. Qadın yazarlardan Nərmin Kamalı, Günel Mövludu, Sevinc Pərvanəni oxuyuram. Sevincin şerlərindəki inkar, nihilizm məni valeh edir.

- Bayaq iqtisadiyyatın dövlət tənimzimlənməsindən danışdınız. Sizcə ədəbiyyatın da dövlət tənzimlənməsi lazımdırmı?

- Sizi əmin edirəm ki, ədəbiyyat nə qədər böhran vəziyyətində olur olun, ona dövlət qayğısı gərək deyil, xüsusən bazar iqtiadiyyatı şəraitində. İstənilən yazar aldığının qarşılığını ödəməlidir, bu aman isə o saray şairi olur. Fərdi surətdə heç bir yazıçıya qayğı gərək deyil. Dövlət yalnız bu qayğını yenə də iqtisadi yolla edə bilər, kitab biznesi ilə məşğul olan  sahibkarlar, nəşriyyatlar üçün münbit şəraitin yaradılması, güzəştlərin edilməsi, onlara tətbiq olunan vergilərin azadılması və s. digər tərəfdən isə yazıçının təbliğ olunması təkcə onun kitabının çap olunması ilə bitmir, incəsənətin başqa sahələrində olduğu kimi, yazıçılıqda da  kitab çap olunduqdan sonra onun reklamı, oxucularla görüş və s. təşkil olunmalıdır. Xüsusilə də reklama daha çox üstünlük verilməlidir. Çünki, oxucu əldə etməyin başlıca yollarından biri də reklam siyasətini dəqiq və lazımınca təşkil etməkdir. Kitab çıxdımı konsert plakatları, telefon, ətir, jele və s. broşurları kimi onun da reklam vərəqələri küçə divarlarına, metro vaqonlarına yapışdırlmalı, “Siyəzən Broyler” toyuqları, Coco-cola kimi televiziya ve radioda reklamları getməlidir. Kitab piştaxtaya qoyuldusa o artıq əmtəədir və hər bir əmtəə kimi onun da reklama ehtiyacı var.



Tarih: 21:02, 6/7/2008 Kategori: YAZARLAR
Yorum (yok) | Yorum yaz | Bağlantı

HARUKI MURAKAMI

 

Gözəl pişiyim, sadaqətli qadınım və güclü istedadım var

 Tarix: 10.04.08// Tərcümə: Barat Talıbzadə

     - Murakami-san, caz-barınızın axırı necə oldu?

   - Bağlandı. Heç təsəvvürümə də gətirməzdim ki, bu caz-barı düz 7 il işlədəcəyəm. Hərdən dostlarım soruşur ki, niyə belə tez bitdi hər şey: axı hər axşam ora yığışıb əylənərdik. Bəzən də darıxıram o günlər üçün. Amma yadıma bizim sərxoş müştərilər düşəndə fikirləşirəm ki, yaxşı ki, "Murakaminin caz evi" daha fəaliyyət göstərmir.  Bu da bir təcrübə idi.

  - Sərxoş müştərilərlə ünsiyyət?

  - Xeyr, barmenlərlə iş. Mən onların işinə baxdıqca düşünürdüm ki, insan hər hansı bir işin ustası olmaq üçün mütləq istedadlı doğulmalıdır. Bu fikir yazıçı olmaq istəyənlərə də aiddir. Bəzən məndən soruşurlar ki, yaxşı yazıçı olmaq üçün nə etmək lazımdır. Mən də cavab verirəm ki, bu dünyaya istedadlı gəlmək gərəkdir. İnanın, belə olmasa, "yazıçıyam" deyib yazdığınız hər şey lazımsız,  bu işə sərf etdiyiniz vaxtsa hədərdir. Hərdən mənə elə gəlir ki, ümumiyyətlə, yaşamağın özü vaxt öldürmək kimi bir şeydir.

  - Deməli, yaşamaq-zamanı boşuna sərf etməkdir?

  - Məncə, bu belədir. Amma məsələn, mənim "vaxt öldürməkdən" xoşum gəlir. Gözəl bir pişiyim,  sədaqətli qadınım, cazı dinləyib anlaya biləcək qədər səviyyəli "qulağım" və istedadım var.  Bütün bunlara baxmayaraq, elə bilirəm ki, zamanı səfeh-səfeh şeylərə xərcləyirəm.

  - Tənqidçilər qeyd edir ki, Murakami özündən savayı heç bir yazıçını bəyənmir, bu doğrudur?

  - Tənqidçilərə bunu kim deyib, mən belə şey deməmişəm (gülür). Xeyr, əslində belə deyil, əsərlərini çox bəyəndiyim yazıçılar var: Heminqueyi, Hüqonu sevə-sevə oxuyuram. Amma Dostoyevski yaradıcılığına qibtə edirəm. Onun "Karamazov qardaşları"nda izhar etdiyi fikirlər Allahın öz bəndəsinə bəxş etdiyi ən böyük istedadın təzahürüdür. Romanı belə yazarlar! Dostoyevski mənim aləmimdə "absolyut yazıçı", "Karamazov qardaşları" isə "absolyut romandır". Bütün ömrüm boyu belə bir əsər yaratmağı arzulamışam. Zənnimcə, "Qurulma quşun xronikası" romanı ilə mən bu arzuma bir addım yaxınlaşmışam.  Lakin, Dostoyevski aləminə yaxınlaşdıqca, o uzaqlaşır, məni həmişə arxada qoyur. Ömür də gedir axı... Bəs mən nə zaman ona yetişərəm. Heç vaxt...

  - Bir neçə ildir ki, yenidən Yaponiyada yaşayırsınız. ABŞ-a niyə köçmüşdünüz?

  - Yaponiyada hər şeydən bezmişdim. O qədər problemim vardı ki... ABŞ-da beş il yaşadım. Çox qəribədir ki, məhz yad ölkədə öz vətənim barədə, yaponlar haqqında yaza bildim. Bilirsiniz vətən barədə, qürbətdə daha yaxşı yazılar yazmaq olur. Məsafə böyüdükcə ölkən daha aydın görünür, olduğu kimi. O vaxta qədər mən yalnız özüm və öz aləmim barədə yazırdım.

   -Yaponiyada Kansay və Kanto rayonları açıq-aşkar rəqabət aparır. Sizinsə əsərlərinizdə bu rəqabət barədə cümlə belə yoxdur. Axı siz, Kansayda boya-başa çatıb Kantoya köçənlərdənsiniz.
 
   -Doğru deyirsiniz, 18 yaşımdan Kantoda yaşayıram. Tokio Universitetinə qəbul olduğum zaman ən böyük problemim Kansay dialekti idi. Yaponiyadan canımı qurtarmaq istədiyim qədər bu dialektdən də qurtulmaq istəyirdim. Təxminən 1 ilə Kansay ləhcəsini "tərgitdim". Mənim həyat yoldaşım Tokiodandır, Tokionun mərkəzindən. Onu çox sevirəm, tokiolulara ehtiramım var, amma mən indi başa düşmüşəm ki, onlar həmişə kansaylılardan aşağı pillədə olublar. Və indi dialektimi dəyişmək üçün vaxt sərf etdiyimə peşmanam.

  - Tokiolular mədəniyyətlərilə zəifdir?

  - Bəli. Kansaylılar daha intellektlidirlər.  

  - Siz həm də kifayət qədər təcrübəli tərcüməçisiniz. Nə verib tərcümə sizə?

  - Tərcümə sənəti qələmimi itiləyib. Mən Truman Kapoteni, Reymond Çandleri, Frensis S. Fitsceraldı, Reymod Karveri tərümə edə-edə onların yazı manersına, bu və ya digər şeyə yanaşma tərzinə bələd olmuşam. Tərcümə edə-edə saatsaza çevrilmişəm, istənilən əsəri saat kimi söküb yenidən yığa bilirəm.

  - Amma sizin yazı maneranız fərqlidir.

  - Təbii, mən əsasən "sisyö-sesu" (yap. gündəlik, "özün barədə roman"-B.T) janrında yazıram. İlk romanın işıq üzü görəndə məni iki-üç tənqidçidən savayı heç bir  məsləkdaşım dəstəkləmədi. Onların arasında mənə indiyədək nifrətlə yanaşanlar da var. Amma şükürlər olsun ki, oxucularım peyda oldu. Deyrilər, oxucun varsa yaşayacaqsan. Zaman keçdikcə onların sayı artdı. "Norveç meşə"sindən sonra oxucularım say etibarilə milyonu keçdi. Bu böyük rəqəmdir. Belə auditoriya ömürdə bir dəfə olur. Hər yeni romanım dərc olunduqca yaşayışım da düzəlir.

  - Nə mənada?

  - Axı siz bilirsiniz ki, mən ayda iki roman yazan yazıçılardan deyiləm. Beş ilə bir roman yaza bilsəm böyük şeydi. Bu beş ildə nəsə yemək də lazımdı axı (gülür). Ona görə də mən romanlarımın gəlir gətirdiyini görəndə sevinirəm.

  - Bəs hekayə yazmaq üçün  nə qədər vaxtınız gedir?

  - Təxminən bir həftə.

  - Nə az...

  - İlk üç günü müəyyən qeydlər edirəm. Sonrakı iki günü hekayəni bitirirəm. Daha sonra hekayəni bir günlük redaktorlarıma verirəm. Sonuncu gün bir daha əl gəzdirib atıram kompüterimdəki xüsusi qovluğa, nə vaxt dərc olunar, olunar. Vəssalam.

  - Bu sizin üçün adi tempdir?

  - Xeyr, xeyr. Mən bir neçə aydır ki, bu templə yazmağa başalmışam. İndi ayda 3-4 hekayə yazıram. Mən bunu özünü tam təsdiqləməmiş, kifayət qədər oxunmayan, tənqid olunmayan, qəbul edilməyən yazıçılara məsləhət görmürəm.  Bu çox təhlükəli olar, yazarsan, yazarsan bir də onda ayılarsan ki, yazdıqların kimsəyə lazım deyil. Buna görə də il ərzində iki-üç normal hekayə yazmaq pis olmazdı.

  - Hər gün qaçaraq 40 kilometr məsafə qət edirsiniz. Bundan sonra hekayə yazmaq olur?

  - Niyə olmur?. Adamlar elə bilir yazıçının damağında siqardan, müştükdən nəsə olmasa əsil yazıçı ola bilməz. Bu gülməlidir. Mən bunu 33 yaşımda başa düşdüm və tütünlə birdəfəlik vidalaşdım.

"Letterpress" jurnalı (Avstriya) 

Həmsöhbət: Rupert Tellman

 

 


Tarih: 14:13, 18/4/2008 Kategori: YAZARLAR
Yorum (yok) | Yorum yaz | Bağlantı

V. Sorokinin müsahibesi

Надо либо писать, либо бояться

 

Сорокин у одних вызывает восторг, а у других праведный гнев. Его обвиняют в порнографии. Это говорит только о глубокой эстетической неразвитости нашей публики. От масс вообще нельзя требовать развитого вкуса в какой бы то ни было сфере. Так ведь и Фрейда обвиняли в развратности и извращенности за то, что он поднял вопросы сексуальности и сделал их достоянием широкого обсуждения. Сорокин, подобно Фрейду, погружается в глубинно-бессознательное понимание жизни, а в этой глубине высокое и низкое, прекрасное и безобразное существуют рядом. В Руднев.

Что инициировало начало вашего творчества? Какие события, какие люди повлияли на это?

Наверное, удар по голове, который я испытал в детстве, после я стал видеть яркие картины. Наверное, это. Хотя я не очень помню себя до этого удара.

А вы не относите это к периоду учебы в Губкинском Институте?

Ну, это уже довольно сознательный возраст, выбор происходит раньше. Другое дело, что выбор происходит, но у человека нет средств, нет языка для высказываний. Я эти картины видел, как бы внутри головы, как личное и персональное кино. До того, как я понял, что такое литература, принципы изложения на бумаге. Этот выбор произошел раньше.

Особое видение и картины?

Это, собственно, некий дочеловеческий опыт. Такие же реликтовые феномены, как страх, как желание.

Как происходило издание вашей первой книги. 85 г. «Очередь», Париж? Как осуществлялось технически?

Сначала появилась рукопись в единственном экземпляре, потом этот текст стал циркулировать в моем круге, это были художники — концептуалисты, например, Илья Кабаков, текст читали мои друзья и знакомые. В году так 84-м или раньше в нашем круге начались обыски. КГБ, разделавшись с диссидой, с отказниками, взялось и за нас. Мы общались с иностранцами, кто-то публиковался на западе. Одна знакомая француженка сказала: «Ты не боишься, ведь один экземпляр всего…» А у меня было предубеждение, я не хотел размножать текст, не потому что боялся, это было личное отношение и желание иметь только один экземпляр. Она говорит: «Давай я сделаю ксерокс и отправлю в Париж, а то не дай бог — обыск». Я согласился, и уже забыл об этом, она уехала. И вдруг я получаю неожиданно — предложение от русскоязычного парижского издательства «Синтаксис». Я дал добро, хотя времена были не из легких. Ну, чего бояться? Надо либо писать, либо бояться. В 1985 г. вышел роман, он был тут же переведен на французский, потом и еще на девять языков. С этого все и началось.

Вашими читателями были эмигранты? Какая-то часть тиража пришла в Россию?

Да.

Как распространялся роман в России, в книжных магазинах?

Да вы что, какие книжные магазины. Это же еще совковые времена! Было одно желание, чтобы не попало в чужие руки и чтобы кто-нибудь не настучал. Еще же не началась перестройка..

В одном из интервью вы говорили об испытанном чувстве стыда, когда подержали в руках первую изданную свою книгу. Как было в случае других книг, как происходит сейчас?

Это трудновыразимое чувство. В основном, как ни странно, похожее чувство испытываю и сейчас. Что-то есть странное в процессе книгоиздания. Текст размножается, превращается в товар. Ужас! Он живет уже помимо меня, своей стаей. Тысячи книг уплывают куда-то, ползут по странам и континентам... Потом функциональные мысли: поиск ошибок, недовольство или довольство бумагой, обложкой вытесняют эти эмоции. Я же бывший художник.

Мне запомнилось оформление трехтомника.

Да, это идея Андрея Бондаренко. Он мощный художник.

Ваши работы выставляются? Может быть, к интервью что-нибудь?

Одна висит у меня в той комнате. Она публиковалась в журналах. Остальная живопись — в другой квартире. Я не хочу, чтобы вы публиковали, это носит очень личный характер. Мне было лет двадцать, на них отпечаток ностальгический, связано с молодостью. Ну как для вас — первый лифчик. Какие у вас ассоциации вызывает первый лифчик? Слезы умиления… Так и эти картины.

А сейчас есть тяга писать картины?

Есть. Руки тянутся к кисти, но упираются в клавиатуру компьютера.

Скажите, когда работаете над текстом, вы продумываете приемы привлечения читательского внимания к тексту? Структура, сюжет…Вы готовитесь, или пишете прямо из головы?

Я бы хотел посмотреть на писателя, который пишет не из головы. Из каких таких мест, интересно, можно еще писать? Когда я начинаю работать, я создаю кино для себя самого, я режиссер и зритель в одном лице, в пустом зале. И в этом сила этого процесса, что больше никого нет, я ни коим образом не учитываю зрителя, издателя, читателя.

Первоначально — визуальный ряд?

Да, и конечно же — идея — тоже. В Японии, в июльскую жару, я придумал идею с ледяным молотом. Идея проснулась, и стала, как эмбрион, потихоньку обрастать мясом. Потом вылез ребеночек. Сейчас он уже ходит сам по-себе.

Прочно стоит на ногах?

Не мне судить.

Значит, июльская жара в Японии на эмоциональном уровне привела к ледяной идее..

У меня так и бывает! Вообще — это неуловимые вещи. Никто из писателей вам не объяснит как приходит замысел. Есть, конечно, люди, которые стоят на литературном конвейере и штампуют детективы, да и это все не так просто, как кажется. У них тоже есть свои загадочные отношения с замыслом.

То есть, вы не устанавливаете себе пятилеток, одна книга в год, две книги…

Ни в коем случае. Это свободное состояние. Надо просто вовремя мыть невидимые уши для восприятия идей. А идеи всегда парят над нами.

Вы сейчас занимаетесь только писательским трудом, но у вас есть несколько сценариев фильмов: «Москва», «Копейка»…

И вот сейчас завершаются съемки еще одного — фильм «Четыре», режиссер Илья Хржановский.

А как возникают фильмы?

По-другому, чем романы. Сначала я знакомлюсь с режиссером, потом возникают проекты. Кино — коллективное дело. Его делает коллективное тело. Но идея — все равно первичней.

А вот такое воплощение вашего творчества в виде фильмов…

Оно очень благотворно. Если бы я, как большинство писателей, сидел за письменным столом, и только, у меня бы не было такого разнообразного арсенала выразительных средств. Я бы мхом ментальным зарос! Работа в кино — как душ Шарко. Чистит голову. Я рад, что мне приходилось быть и инженером-механиком, и полиграфистом, и дизайнером, и преподавателем русского языка и русской литературы, я писал сценарии, пьесы, и возвращался к литературе обновленным, полным сил и идей.

Вы копаетесь в себе? Вы исследуете окружающий мир?

Не знаю, это трудно сказать, в чем я копаюсь, когда пишу. Наверное, это вымышленный мир, который во мне. Хотя, правильно, можно копаться и в чем-то другом, в чужих нежных телах, например, или в собственном ухе.

Что в образе современной российской жизни вас раздражает и вызывает отвращение?

Есть такой романс «Мне все равно, страдать иль наслаждаться». Наша русская жизнь воспитала такое чувство. По-русски — любовь к Родине, а по-европейски — мазохизм. Так что все отвратительное в России вызывает у меня положительные эмоции. А вот на западе, как раз, их недостатки — раздражают.

Что вдохновляет и радует?

В России — это обилие неокультуренного пространства — территорий и людей. В русской душе столько прелестной дичи! В России вообще много Пустоты. Пелевин меня бы понял за эту фразу.

Как выглядит пустота, ведь она полна природой?

Природой, да и людьми тоже. Достаточно 50 километров отъехать, это уже начнется, и так до Владивостока. Люди, кабаны, медведи. Идеи. И немного вещей.

Я предложу начало романа: Мать земля русская, геологи, перепачканные в глиняном растворе, исследователи БУРЯТ ее, пробуют. Добурились до определенной глубины, отходят нефтяные воды, затем земля рождает нефть. Черный жидкий плод матери. Геологам на смену приходят добытчики. Они собирают чернорожденную жижу и сливают ее в трубы. Когда поток истощается, они снова насилуют и бурят мать-землю, добиваясь рождения новых порций. Как по-вашему, чем закончится такой роман?

Это просто реклама «Лукойла»...или «Сибнефти»...Это прискорбный роман человека с землей, в частности, и с природой вообще. Можно было бы отшутиться, что есть еще и газ, и она будет долго выпускать газы… На самом деле, вы правы, что люди до сих пор именно насилуют природу, этот идиотизм прогрессистов, что мы не должны ждать милостей… Это тупиковый путь, пагубный как для природы, так и для человека, который становится мясной машиной. В романе «Лед» я прикоснулся к этой проблеме. Я надеюсь, что люди через несколько сотен лет перестанут так себя вести, насиловать природу, жрать животных. И убивать друг друга.

Вы вегетарианец?

Недавно, года два. Живое существо рождается для того, чтобы жить, а не чтобы перевариваться в желудке у человека.

Как вы думаете, какой резонанс производят ваши тексты, что меняется в человеке? У меня не возникло мысли именно об особом отношении к природе, когда я читал «Лед».

Любая вещь у двух разных людей никогда не вызовет одинаковых чувств. Один, глядя на дерево думает о романсе Шуберта «Липа». Другой думает о том, сколько бруса из этого дерева получится. Тем более — книга. Если об этом задумываться, лучше не писать. Я пишу для себя.

Все-таки для себя?

Да, литература — как наркотик, я не могу иначе. Без литературы жизнь для меня будет невыносимой. Оказывается, еще тысячи людей думают так же. Но я никогда не иду на поводу чужого вкуса.

В психологии и психиатрии есть понятие нормы. Но сейчас все больше приходят мысли о наличии непрерывного ряда состояний, характеризующих человека. О чем вы бы сказали, как о ненормальном, в тексте и в действительности?

Во-первых, нет наук таких до сих пор. В любой науке, точной и прикладной, есть универсальные языки, язык алгебры, химии, например. В психологии, психиатрии используется язык литературы, это литературные описания феноменов. Шизофрения — расщепление личности. Можно сто раз прочесть это определение, ничего не прояснишь. Насколько я помню, в психологии Норма — это состояние человека, адекватное реальности. М


Tarih: 13:27, 17/4/2008 Kategori: YAZARLAR
Yorum (yok) | Yorum yaz | Bağlantı

<- | Sonraki Sayfa ->